Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının hərbi hissələrində və ali hərbi məktəbində müxtəlif vəzifələrdə xidmət etmiş-ehtiyatda olan baş leytenat Quliyev Məhəmməd Rəşid oğlunun sentyabr ayının 14 -da dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- Quliyev Məhəmməd Rəşid oğlunu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,tələbə yoldaşları, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Məhəmməd qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Quliyev Məhəmməd Rəşid oğlu 1983 - cü ilin sentyabr ayının 14- də Azərbaycan Respublikasının Şəmkir rayonun Qasım İsmayılov kəndində zəhmətkeş bir ailədə anadan olub.
2000 - ci ildə Şəmkir rayon Qasım Ismayılov kənd tam orta məktəbi, 2008- cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orta ixtisas hərbi məktəbini,2010-cı ildə Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərin birində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə ixtisas artırma kursunu bitrib.
Məhəmməd Quliyev Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə, xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
2002- 2003 - cü illərdə müddətli həqiqi hərbi xidmətə olub.
2004-2023 -cü illərdə Din-in Daxili Qoşunların Gəncə şəhərində, Xəzər, Bərdə,Xətai,Sabunçu,Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə, orta ixtisas və ali hərbi məktəblərdə, maxe, müdavim, taqım komandiri,bölük komandirinin müavini, bölük komandiri, ərzaq və əşya xidməti vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Məhəmməd Quliyev Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat anbarların mühafizəsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa fövqaladə hallar (fövqalədə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasın üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları Məhəmməd Quliyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.
Məhəmməd Rəşid oğlu Quliyev istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, şücaət, fədakarlıq göstərdiyinə və digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, orta ixtisas və ali hərbi məktəb rəislərinin , hərbi hissə komandirin müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə görə əlacı və yibiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” yubileyi medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MƏHƏMMƏD !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder