Təbrik:Məhəmməd Orucov- 48



    
  “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin Nizami rayon şöbəsində energetika sahəsində yüksək peşəkarlığı, humanistliyi,dərin zəkası,  vətənpərvərliyi, xeyirxahlığı, sadəliyi, insanpərvərliyi,təmkinliyi, dəqiqliyi,işgüzarlığı  və səmimiyyəti   ilə seçilən, ömrünün ən məhsuldar dövrünü energetika sahəsində keçirən, yüksək dərəcəli mühəndis Orucov  Məhəmməd Kamil oğlunun sentyabr ayının 3 - də  dünya göz açdığı gündür 
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan  Orucov Məhəmməd Kamil oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranları,doğmaları, yaxınlarıvə iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,  Məhəmməd  qoy hər yeni yaşınız  sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

Orucov Məhəmməd  Kamil     oğlu  1976 -cü ilin  sentyabr ayının  3 -də  Azərbaycan Respublikasının  Ağdam  rayonunun Maqsudlu  kəndində zəhmətkeş  bir ailədə
 anadan olub.

1992 -ci ildə Ağdam rayonun Maqsudlu kənd orta məktəbi bitrib.”Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin tədris mərkəzində müvafiq ixtisasartırma kurslarında fəal iştirak edib.

1995- 1997-ci illərdə həqiqi hərbi xidmətdə olub.

İş yoldaşları və müharibə  veteran dostları  Məhəmməd Orucovun vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş insan kimi  dəyərləndirirlər.Məhəmməd istər təhsil aldıgı orta  təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazan insan kimi tanınır.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  MƏHƏMMƏD.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbagcan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini,Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin  sədri Ramiz Ağayev
   
   

Hiç yorum yok:

Yorum Gönder

Pages