Təbrik:Mayor Vasif Əliyev- 49




İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun dögum günüdür. Belə insanlardan biridə  peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə seçilən- ehtiyatda olan mayor Əliyev Vasif Arif oğludur. Sentyabr ayının 3-də onun 48  dünya göz açdığı gündür .
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor Əliyev Vasif Arif  oğlunu belə bir əlamətdar gün münasibətilə  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Vasif  qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş eləsin, hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
 Mayor Əliyev Vasif Arif  oğlu 1975-ci ilin   sentyabr ayının 3-də Samux  rayonunun Qarayeri qəsəbəsində zəhmətkeş  ailədə  anadan olub.
1992-cı ildə Samux  rayonun Qarayeri  qəsəbə tam orta məktəbi, 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını (indiki Dövlət Aqrar Universitetini) 2000-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabit heyətin hazırlığı və ixtisasartırma  kursunu, 2002-ci ildə isə Türkiyə Jandarma Qüvvələrinin İzmir (Focedə) şəhərində yerləşən hərbi məktəbdə xüsusi təynatlı  bölmələrin  hazırlığı üzrə (komando) ixtisasartırma kurslarını bitirib.
1993-1996-cı illərdə  Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1997-2015-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının Gəncə və Şəki şəhərlərində, Zakatala rayonunda yerləşən hərbi hissələrdə  Xüsusi təyinatlı dəstədə  qrup komandiri,əməliyyat bölüyün komandiri, əlahiddə xüsusi vastələrin tətbiqi bölüyün komandiri vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Vasif Əliyev  öz tabeliyində olanlara Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən  edilmiş qaydada  Daxili Qoşunlara və hərbi hissələrə həvalə olunmuş vəzifə və tapşırıqıarın yerinə yetirməsində,hərbi təchizat anbarların,xüsusi yüklərin,dövlət əhmiyətli obyektlərin və inzibati binaların mühafizəsində,şəhərlərdə,yaşayış  məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhıükəsizliyin təmin ediıməsində, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında ,tutulmasında və zərərsizıəşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınıar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və  komendant saatı)  zaman hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütovlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları  layiqincə yerinə yetirmişdir.   
Öz xidməti  vəzifələrini və hərbi hissə  qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmirləri ilə əla xidmətlərə   görə  əlaçı  və yubiley döş nişanıları  ilə təltif olunub,bir çox fərmanlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb,  ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
  1.”Qüsursuz xidmətə görə” 1 dərəcəli- medal -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə”  2 -ci  dərəcəli medal- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim  ili xidmətə görə;
4.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”  yubiley medlalı  ilə;
 5.”AzərbaycanRespubilkası Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VASİF!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev







Hiç yorum yok:

Yorum Gönder

Pages