Təbrik:Mayor Nəsimi Məstəliyev- 51

 

 Tarixdə elə insanlar varkı onlar daimi yada qalır.Belə insanlardan biridə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan- ehtiyatda olan  mayor Məstəliyev Nəsimi Aydın oğludur.Sentyabr ayının 10-da onun dünya göz açdığı gündür.
 
Daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- mayor Nəsimi Məstəliyevi
 belə bir  əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib- tükənməyən naliyyətlər  arzu edib deyirlər,Nəsimi qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin.
 
mayor Məstəliyev Nəsimi Aydın oğlu 1973 -cü ilin  sentyabr ayının 10-da  Cəlilabad rayonunun Üçtəpə kəndində zəhmətkeş bir ailədə anadan olub.
 
1991 -ci ildə Cəlilabad rayonunun Üçtəpə kənd orta məktəbini, 1999-cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən  təlim-tədris mərkəzində zabit heyətin hazırlığı kursunu, 2004-cü ildə Dəmiir Yol Texnikomunu, 2005-2007 -ci illərdə isə  Türkiyə Cümhuriyyətin Jandarma Qüvvəlıərinin xüsusi təyinatlı dəstələr və su altı dalğıcı komando  kurslarını  bitirmişdir.
 
1992-ci iin fevral ayından,  2015- ci ilin dekabr aynın sona kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt və Gəncə şəhərlərində, Ağdam, Ağdərə, Füzuli, Xətai və Zaqatala rayonlarında yerləşən hərbi hissələrdə əsgər, manqa komandiri, taqım komandirinin müavini,taqım  və xüsusi təyinatlı böluk və dəstə komandiri, Daxili Qoşunların Bas İdarəsinin qərargahında  xüsusi təyinatlı dəstələrin hazırlığına nəzarət bölməsinin kəşfiyyat rəisi, Daxili Qoşunların Bas İdarəsinin əməliyyat şöbəsində baş zabit vəzifələrində xidmət etmişdir.
   
Mayor Məstəliyev Nəsimi Aydın oğlu yüksək peşəkarlığı, humanistliyi,təşkilatclığ bacarığı,  təcürbəsi,sadəliyi,səmimiyyəti,dəqiqliyi,təmkinliyi,vətənpərvərliyi, mənəvi və işgüzar keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən  çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə keçirərək Millətə,  Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
  
Nəsimi Məstəliyev öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr  və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində  daimi nümunə olmuşdur.
    
Daxili Qosunlarin Baş İdarəsinin İnspeksiyası tərəfindən keçirilən (ümumi və təlim) yoxlamalar zamanı onun, komandir olduğu (taqım, xüsusi təyinatlı  böluk və  dəstə) Daxili  Qoşunların Baş  İdarəsinin hərbi hissə və əlahiddə bömələri arasında yüksək nəticələr göstərərək birinci yeri tutduğu üçün Daxili Qoşunlar Komandanın və  hərbi hissə komandirinin müvafıq əmrləri ilə özü və komandir olduğu bölmələr, həvəsləndirmə qaydasında mükafatlandırlıb və keçici  kuboka sahib olmuşdur.
   
Məstəliyev Nəsimi Aydın oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü (Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə  fəal iştirak edib.Müharibə veteranıdır. 
 Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış mətəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarların və silahlı dəstələrin axtarışında, tutulmasında və  zərərsizləşdirilməsində,dövlət əhmiyətli  obyektlərin,inzibatı binaların, xüsusi yüklərin və hərbi təchizat anbarların  mühafizə olunmasında,qəzalar,bədbəxt hadissələr, yanğınlar,təbbi fəlakətlər  və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı  hüquqi rejimin təmin olunmasında üzərinə düşən   vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
    
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə,döyuş və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Məstəliyev Nəsimi Aydın oğlu Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərancamı ilə, Daxiili işlər nazirinin,Daxili Qoşunlar  Komandanın və onun müavinlərinin, məktəb rəisinin və hərbi hissə komandirinin əmrləri ilə   əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanları ilə təltif olunub,bir çox fərmanlarla,diplomlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:

"Vətən uğrunda" medalı ilə;

2."Hərbi xidmətlərə görə" medal ilə; 

3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10- illiyi (1991-2001)”  yubiley medalı ilə;

4.”Azərbaycan Respubilkasnın Silahlı  Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı ilə;

5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”  yubiley  medalı ilə;

6.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

7.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

8.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli  medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
NƏSİMİ!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
 
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages