Yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı mənəvi keyfiyyəti, sadəliyi, səmimiyyəti, təşkilatçılıq bacarığı, dəqiqliyi və təmkinliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının Baş İdarəsinin Gəncə şəhərində,Hacıqabul və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində keçirmiş ehtiyatda olan mayor Kərimov Mahir Füzuli oğlunun sentyabr ayının 27-də dünya göz açdığı gündür. Belə bir əlamətdar gün münasibətilə- ehtiyatda olan mayor Mahir Kərimovu Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir.Mahir Kərimova həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Mahir qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Kərimov Mahir Füzuli oğlu 27 sentyabr 1972- ci ildə Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olub (Əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir).
Mahir Kərimov Gəncə şəhər orta məktəbi, Azərbaycan Kənd Təsərrüfatı Universitetini, Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Hərbi Məktəbində zabitlərin ixtisas artırma kursunu və Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Ünverstetini bitrib.
Mayor Mahir Füzuli oğlu Kərimov Daxili işlər nazirliyi Daxili Qoşunlarında Baş İdarəsinin Gəncə şəhərində, Hacıqabul, Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri, tərbiyə bölməsində təlimatçı, baş təlimatçı - tərbiyə bölməsinin rəisi vəzifələrində xidmət edib.
Kərimov Mahir Füzuli oğlu qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vəfalı bir zəhməkeş baş zabitdir.O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Mayor Kərimov Mahir Füzuli oğlu Daxılı Qoşunların Baş idarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçula, çavuş və əsgərlərlə komandir hazırlığı və doyüş və ictimai siyası hazırlığı üzrə planlaşdırılmış məşğələlərin, məşqlərin,nümnəvi göstərici məşğələlərin və metodiki təlim toplanışlarının yüksək səviyyədə keçirilməsi istiqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlıqla mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt hadissələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi xidməti və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldığı təhsil müəssisələrinin vəzifəli şəxslərinin, hərbi hissə komandiri və onun müavinlərinin müvafiq əmrləri ilə əlavə və yubiley döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Kərimov Mahir Füzuli oğlu xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir sira medallarla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MAHİR!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA
ÖMRÜN UZUN OLSUN 100 YAŞA!
.
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder