Təbrik:Mayor İlqar İbrahimov- 48



      
Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti  və xüsusi xidmətıəri  olan- ehtiyatda olan mayor İlqar Hümbət oğlu Ibrahimovun sentyabr 17-də dünyaya göz acdığı gündür.

Daimi həyatın  imtahanlarından alını açıq və üzüağ çıxan  İlqar İbrahimovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların istefada və ehtiyatda olan zabitıəri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən  təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, İlqar qoy yaşının üstə gələn bu yaş   da sizə  sevincdolu illər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun  sizii  xoşbəxt edəcək şəkildə keçsin.
     
  İbrahimov İlqar Hümbət oğlu 1976-ci ilin sentyabr ayının 17-də ziyalı ailəsində anadan   olub.1993-cü ildə  Bakı şəhərində orta məktəbi, 1998-ci illdə Daxili işlər nazirliyi Daxili Qoşunların  Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən zabit heyətinin hazırlığı və təhkimlədirmə kursunu, 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini   bitrib.
 
O,orta məktəbdə oxuduğu illər ərzində qabaqcıl, nizam və intizamlı şagirdlərdən biri olub.Onun orta məktəbdə məqsədi yaxşı oxumaq, ali təhsil müəssisələrinin birində təhsil almaq, dövlətmizin qabaqcıl övladlarınıdan biri olmaq  idi. Nəhayət orta məktəbi bitirdikdən sonra ali məktəbə daxil olduğu müddətdən həmin ali məktəbi bitirənədək tələbə yoldaşları arasında hörmətli, dəyərli, savadlı olmaqla bərabər, həmişə mehriban olmuşdur.İlqar İbrahimov orta və ali məktəbdə təhsil aldığı, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  isə  müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bütün ictimai işlərdə fəal iştirak etmişdir.
   
 mayor İlqar İbrahimov  1998 ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Xəzər rayonunda yerləşən zabitlər hazırlayan  hərbi  məktəbi bitirdikdən sonra ,Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti ilə yaxindan taniş olmaq məqsədilə Ankara, İstanbul, İzmir və (Foce) şəhərlərində işgüzar səfərdə olmuşdur.
  
  1993-1994 illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə  müddətli həqiqi hərbi xidmətdə olmuş,1994-2017-ci illərdə  Daxili Qoşunların  Baş İdarəsinin məxfi (hissə) kargüzarlıq  bölməsində müxtəlif vəzifədə,Daxili Qoşunların Xəzər, Xətai, Quba və Binəqədi rayonlarında yerləşən  hərbi hissələrdə taqım komandiri, ərzaq və əşya xidməti rəisi vəzifələrində xidmət etmişdir.
    
İlqar  öz tabeliyində olanlara və bir cox  hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,əmr və sərancamların dəqiq və sözsüz  yerinə yetiriməsi işində daimi  nününə olmuşdur. 

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
      
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına  həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutlmasında  və zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında,qəzalar,bədbəxt hadisələr ,yanğınlar, təbii fəlakətlər və fövqəladə hallar(hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin  təmin edilməsində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
     Peşəkarlığı, səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işgüzarlığı, mənəvi keyfiyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün cox bir hissəsini Daxili işlər nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsində və hərbi hissələrində hərbi xidmətdə keçirən mayor İlqar İbrahimov Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqları  yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə mayor İlqar İbrahimov Daxili işlər nazirin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin,katiblik və məxfi hissə bölmə rəislərinin və hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olub, bir cox    fərmanlarla,diplomlarla, və  qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:

1."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubley medalı ilə;

2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı ilə;

3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;

4.”Qüsursuz xidmətə görə”  1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim illi xidmətə görə;

5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

6.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
İLQAR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages