Daxili İşləri Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan şəhərində yerləşən əlahiddə briqadanın həyatında öz dəst-xətti olan- ehtiyatda olan mayor Həsən Hüseynovun sentyabr ayının 2-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Həsən Hüseynovu belə bir əlamətdar gün münasibəti ilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Həsən qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Həsən Sədimalı oğlu 1981-ci ilin sentyabr ayının 2-də Naxçıvan şəhəri Qaraçuq kəndində zəhmətkeş bir ailədə anadan olub.
Naxçıvan şəhərinin Qaraçuq kənd orta məktəbi,Naxçıvan Dövlət Universitetini bitrib. Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin və xidmət etdiyi hərbi hissənin keçirdiyi təlim-metodiki toplanışlarda,xüsusi-taktiki təlimlərdə,müvafiq ixtisas artırma kurslarda, seminarlarda və konfraslarda fəal iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür.
Hüseynov Həsən Sədimalı oğlu 2000-2002-ci illərdə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.
2004- 2024- ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında yerləşən əlahiddə birqadasında müxtəlif vəzifələrdə çalışıb.Briqadanın kəşfiyyat rəisi vəzifəsindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.
Həsən Sədimalı oğlu Hüseynov peşəkarlığı, humanistliyi,sadəliyi,işgüzarlığı,vətənpərvərliyivə səmərəli fəaliyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirib.
Həsən Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi ilərdə Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə xidmət etdiyi hərbi hissənin döyüş bölgələrində olduğu müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayo Həsən Sədimalı oğlu Hüseynov Daxili Qoşunların Naxcıvan şəhərində yerləşən əlahiddə briqadada xidmət etdiyi dövürdə, bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən, öz səmərəli fəaliyyəti ilə, təşkılatcılıq bacarığı ilə, işgüzarlıgı və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə daimi Daxili Qoşunların Komandanlıgının diqqət mərkəzində olmuşdur.
Mayor Həsən Sədimalı oğlu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,
əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Mayor Həsən Hüseynovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qosunlar Komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə O, Azərbaycan Respublikasi Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanının müvafiq sərancamı ilə, Naxçıvan Muxtar Respublikasinin Ali Məclisinin Sədrinin,Azərbaycan Respubilkasının Daxili İşlər Nazirinin, Daxili Qosunlar Komandanın və onun müavinlərinin,Naxcıvan Muxtar Respubilkasımın Daxili işlər nazirinin və hərbi hissə komandirinin mivafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 iliyi (1918-2008)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)” yubiley medalı ilə:
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin
100 illiyi (1918-2018)” yubiley medalı;
4."Qüsursu z xidmətə görə" 1- ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvum ili xidmətə görə:
6.”Qüsursuz xidmətə görə”3-cü dərəcəl medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
BÜTÜN GÖZƏL NƏ VARSA, SƏNİN OLSUN HƏSƏN !
DOGUM GÜNÜN MÜBARƏK OLSUN,100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder