Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst xətti olan- ehtiyatda olan mayor Hikmət Qəhramanovun sentyabr ayının 6-da dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan mayor Hikmət Qəhramanovu belə bir gün munasbətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarinda bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Hikmət
qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi , xoşbəxt edəcək şəkildə keçsin.
Qəhramanov Hikmət Həsrət oğlu 1970-ci ilin sentyabr ayının 6-da Balakən rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1977 - ci ildə Balakən rayon Şambulbinə kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1987- ci ildə Qazma 2 nömrəli tam orta məktəbini,
1995-ci ildə Azərbaycan Pedaqoji Universitetinin hərbi hazırlıq bə fiziki tərbiyə fakultəsini (fərqlənmə diplomu ilə), 1997-ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən təlim -tədris mərkəzində zabitlərin ixtisasartırma (tabor komandirin müavini- qərargah rəisi vəzifəsi üzrə) kursu, 2010 - ci ildə isə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin hərbi məktəblərinin birində hərbi kəşfiyyat xidmət rəisi kursnu bitirmişdir.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşinların Baş İdarəsində və hərbi hissələrində kecirıən bir cox təlim-metodiki taplanışlarda,
xüsusi -taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə, müvafiq kurslarda,seminar və konfranslarda fəal iştirak edib.
Qəhrəmanov Hikmət Həsrət oğlu nəzəri və praktiki biliyi,təcirbəsi,işgüzarlığı, mənəvi keyfiyyəti, peşəkarlığı,səmərəli fəaliyyəti, humanistliyi və səmimmiyəti ilə, secilən ömrünün ən məhsuldar dövrünün 23 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirərək, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
1988-1990 -cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Altay diyarında (Biysk şəhərində) yerləşən hərbi hissələrin birində manqa komandiri və taqım komandirinin müavini vəzifəsində (starşına rütbəsində) olub.
1994- 1999-cu illərdə Azərbaycan Ordusunun Tərtər rayonunda yerləşən hərbi hissələrin birində taqım və bölük komanduri,tabor gərargahının rəisi, 1999- 2016- cı illərdə Azərbaycan Respublikasının Daxili İşlər n
Nazirliyinin Daxili Qoşunların Zaqatala,Hacıqabul və Quba rayonlarında yerləşən hərbi hisələrində əməliyat bölüyün komandiri,xüsusi vasitələrin tətbiqi bölüyün komandiri, alayın kəşfiyat xidməti rəisi vəzifələrində xidmət etmişdir.
Hikmət Qəhrəmanov öz tabeliyində olanlara Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili işlər nazirliyi daxili qoşunların nizamnamələrinin tələblərinin,əmr və sərancamların yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirlməsndə, cinayətkarlığa qarşı mübarzədə,axtarışda olan silahlı birləşmiş dəstələrn axtarışında,tutulmasıda və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asaişin qorunmasında və ictimai asayişin yəhlükəsizliyin təmin edilməsində,mühüm dövlət obyektlərn, inzibatı binaların,xüsusi yüklərin və hərbi təchizat anbarların mühafizəsində, qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejim tədbirlərin həyata kecirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layıqıncə gəlmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə Azərbaycan Respubilkasının Prezidentinin müvafiq sərancamı ilə,Daxili I
İşlər Nazirnin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, məktəb və təlim tədris mərkəz rəislərinin, korpus və hərbi hissə komandirlərinin əmirlərinə əsasən Hikmət Qəhramanov əla xidmətlərə görə əlaçı və yubiley nişanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
1."Hərbi xidmətlərə görə" medalı ilə;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubley medalı ilə;
3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
4.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
5.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
7.”Qüsursuz xidnətə görə” 3 -cü dətəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
HİKMƏT!
100 YAŞA
SAGLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder