Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan- ehtiyatda olan mayor Habil Şamilovun sentyabr ayının 12-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan mayor Habil Şamilovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının istefada və ehtiyatda olan zabitıəri, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Habil qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Habil Şamilov 1978-ci ilin sentyabr ayının 12-də Sumqayıt şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Habil Şamilov öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetiriməsi işində daimi nününə olmuşdur.
Mayor Habil Şamilov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutlmasında və zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında,qəzalar,bədbəxt hadisələr ,yanğınlarvə təbii fəlakətlər zamanı hüquqi rejimin təmin edilməsində - ehtiyatda olan mayor Habil Şəmilov üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
O,peşəkarlığı, səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işgüzarlığı, mənəvi keyfiyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirərək Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə -ehtiyatda olan mayor Habil Şamilov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə təltif olub, fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və bir sıra medallarla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
HABİL!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder