Silahdaşlarmızdan biri olan, peşəkarlığı, humanistliyi,İşgüzarlığı, vətənpərvərvərliyi, səmimiyyəti və sadəliyi ilə seçilən- ehtiyatda olan baş leytenat Əli Ibrahimovun sentyabr ayının 10- da dünya göz açdığı gündür .
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan Əli İbrahimovu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və tələbə yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Əli qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Baş leytenant İbrahimov Əli İsmayıl oğlu 1970 - ci ilin sentyabr ayının 1- də Naxçıvan Muxtar Respublikasının Babək rayonun Cəhri kəndində zəhmətkeş bir ailədə anadan olub. 1987-ci ildə Babək rayonunun Cəhri kənd orta məktəbini,1992-ci ildə Azərbaycan Poltexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini),1997-ci ildə Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib.
1992-1996-cı illərdə öz ixtisası üzrə özəl sahədə çalışıb.
1997-2001-ci ilərdə Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hissədə taqım komandiri, bölük komandirin müavini və böluk komandiri əvəzi vəzifələrində Vətənə Dövlətə və Xalqa xidmət edib. Əli İbrahimov 2002 -ci ildən etibarən özəl sahələrin birində işləyir .
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində baş vermiş kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyinin təmin edilməsində,dövlət əhəmiyyətli obyektlərin,inzibati binaların,təchizat anbarların və hərbi şəhərciklərin mühafizə edilməsində,fövqalədə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Baş/lt Əli İbrahimov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi və müəllim yoldaşları Əli Ibrahimovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların təlim-tədris mərkəzi rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətələrə görə bir sıra medallarla, əlacı və yubiley yubiley döş nişanları təltif edilib, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edlib.
ƏLİ DOĞUM GÜNÜN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder