Təbrik:Kapitan Nazir Əliyev- 66



İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun dögum günüdür. Belə insanlardan biridə  peşəkarlığı, humanistliyi,vətənpəvərliyi, səmimiyyəti,iradi  və mənəvi keyfiyyəti  ilə seçilən,  müharibə veteranı  istefada-  olan Kapitan Əliyev Nazir Çümşüd oğludur.Sentyabr ayının  2- də onun dünya göz açdığı gündür. 
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada- olan  kapitan  Əliyev Nazir Çümşüd oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili  İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,iş və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Nazir qoy  yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan  Əliyev Nazir Çümşüd oğlu  1958 - ci ilin  sentyabr ayının  2- də Azərbaycan Respublikasının Ağdam rayonunun  Xındırıstan kəndində zəhmətkeş bir ailədə  anadan olub.
1973 - cü ildə Ağdam rayonunun Xındırıstan kənd orta məktəbin 8 (səkkizinci) sinfini, 1975 -ci ildə  Bakı şəhərində Yüngül Sənaye Texnikomunu , 2002 - ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim tədris mərkəzində  zabitlərin təhkimləşdirmə  kursunu  bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1976- 1978 - ci illərdə  Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə  olub. 
1978- 1990 -cı illərdə Azərbaycan Respublikası  Balıqçılıq Sənayi   İdarəsində operator- matros, Yevlax şəhər Təmir- Tikinti İdarəsində  iş icracısı işləyib.
1990 -ci ildə   Ağdam rayonunda  yaradılan özünü müdafiə taborunda (dəstəsində) 1991 - ci ilin dekabr ayının sona kimi taqım komandiri vəzifəsində olub.
1992- 2003 - cü illərdə   Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin  Gəncə şəhərində,  Ağdam, Füzuli və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini və böluk komandiri vəzifələrində Millətə,  Vətənə  və Xalqa sədaqətlə xidmət edib.
Hərbi yoldaşları Nazir Əliyevi  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
 Qanunvericliklə  müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə,  kütləvi iğtişaşların qarşısının alınmasında, qəzaların,bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin və başqa fövqəladə hallar   (hərbi vəziyyət) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Nazir Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdam,  Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində ) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı   və yubiley döş  nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti,ictimai  vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının  10 illiyi ( 1991 - 2001)” yubiley  medalı ilə;
2."Qüsursuz xidmətə görə " 3 dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
3.”Azərbaycan Respubilkasının Müharibə Veteranı” medalı ilə;
4.“Qarabağ uğurunda” medal ilə;
5. “Böyük Zəfər” medalı ilə.  
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  NAZİR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
 Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages