Daxilı İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz -dəst xətti olan , peşəkarlığı və humanistliyi,iradi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən- ehtiyatda olan kapitan Mirhəsən Seyidovun sentyabr ayının 6-da dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan kapitan Mirhəsən Seyidov belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər,
Mirhəsən qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin və hər yeni günü isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Seyidov Mirhəsən Mirhəsən oğlu 1972 - ci ildə Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Çəncə şəhər 1 nömrəli orta məktəbi, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda, Müdafiə Nazirliyinin isə Qaraheybətdə yerləşən zabitlərin təhkimləşdirmə kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib .
1994- 2006 - cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin Füzuli, Zaqatala, Hacıqabul rayonlarında, Gəncə şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri, tabor komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində Vətənə və Xalqa sədaqətlə xidmət edib. 2006 - cı ildə Mirhəsən Hərbi Xidmətkeçmə haqqında əsasnamə müvafiq bəndinə əsasən "xəstəliyə görə" Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından Silahlı Qüvvələrindən ehtiyata buraxlıb.
Mirhəsən Seyidov 2007- 2016 -ci illərdə Azərbaycan Ordusunun Gəncə şəhərində yerləşən hərbi hospitalında Baş təsərrüfat bölməsının rəsi, 2017 -ci ildən isə Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən Mənzil kommunal təsərrüfatı İdarəsində 2 saylı sahənin rəisi vəzifəsində çalışır.
Hərbi yoldaşları Mirhəsən Seyidovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən olmuş qayda Daxili Qoşinlara həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin,inzibatı binaların,məntəqələrin və hərbi təhcizat anbarların mühafizə olunmasında, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarılmasında, tutulmasında və zərərsizləşdirilməsində, yaşayış məntəqələrində kütləvi ixtişaşların qarşısının alınmasında,qəzalar,yanğınlar,bədbəxt hadisələr və təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin ,ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 -2001)” yubiley medalı ilə;
2."Qüsursuz xidmətə görə”3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. MİRHƏSƏN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder