Təbrik:Azər Fürudinov-52




Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Azərbaycan Ordusunun həyatında  öz dəst - xətti  olan,  peşəkarlığı, intellektal səviyyəsi, işgüzarlığı, idarəçilik və gözəl nitq qabiliyyəti,vətənpərvərliyi,dəqiqliyi, təmkinliyi, dərin zəkası,  təşkilatçlıq bacarığı və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü  Daxili Qoşunların Baş İdasində və Azərbaycan ordusunda hərbi xidmətə həsir edən, gözəl və xeyirxah insan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı- polkovnik   leytenant Fürudinov Azər Xansuvar oğlunun  sentyab ayının  5-də  dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq, üzüağ çıxan, polkovnik- leytenant Fürudinov Azər Xansuvar  oğlunu belə bir əlamətdar  gün münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş  yoldaşları  və onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər Azər müəllim qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Fürudinov Azər Xansuvar oğlu 1972 -ci ilin sentyabr ayının 5 -də Kəlbəcər rayonunun İstibulaq kəndində zəhmətkeş ailədə anadan olub.
1989 -cu ildə Kəlbəcər rayonunun İstibulaq kənd orta məktəbi, 1994 -cü ildə Kənd Təsərrüfatı Akademiyasını bitrib.
1996-1999 -cu illərdə Azərbaycan Ordusunda ilk zabit rütbəsində  müxtəlif vəzifələrdə olub. 
2000-2018 -ci illərdə Daxili Qoşunların Baş   İdarəsinin maddi- texnik  təminat idarəsində  xidmət rəisinin müavini və xidmət rəisi  vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.Hal hazırda Müdafiə Nazirliyin müvafiq strukturlarının birində hərbi xidmətini davam etdirir.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı zabit, təcürbəli  və qayğıkeş insan kimi  göstərən polkovnik- leytenat Fürudinov Azər  Xansuvar oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində  bir cox hərbi qulluqculara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
O,qanunvericilikilə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyininin Daxili Qoşunlarına  və Azərbaycan Ordusuna həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
  Hərbi yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, xeyirxah əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin,Müdafiə Nazirinin və onun müavinlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, idarə və xidmət  rəislərinin, korpus və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  d
 və yubiley nişanları döş  ilə təltif olnub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
       Azərbaycan Respublikasının müstəqilliyinin və  ərazi bütövlüyünün  qorunub saxlanmasında, eləcədə respublikada əmin - amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə  xüsusi xidmətlərinə görə polkovnik leytenant Azər Fürudinov   Azərbaycan Respubilkasının Prezdentinin müvafiq sərancamına, Daxili İşlər Nazirinin və Müdafiə  Nazirinin 
 əmirlərinə əsasən aşağıdakı medallarla  təltif olunub:
1."Hərbi xidmətlərə görə " medalı ilə;
2."Azərbayca  Respubilkasının Silahlı Qüvvələrinin Veteranı " medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  90 illiyi  1918 - 2008 )”  yubiley   medalı ilə;
5."Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin   95 illiyi  ( 1918 - 2013 )” yubiley medalı ilə;
6."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin s 100 illiyi  ( 1918 - 2018 )” yubiley medalı ilə;
7."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
8."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 9."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə,

      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
      DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  AZƏR MÜƏLIİM!
     BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
100 YAŞA, SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages