Peşəkarlığı, hümanistliyi, səmimiyyəti, sadəliyi, səqiqliyi,təmkinliyi, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20- ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş- istefada olan baş- leytenant Fərzəliyev Yaşın Bəylər oğlunun sentyabr ayının 17 - də dünyaya göz açdığı gündür
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan 2 ci qrup müharibə əlili - istefada olan baş leytenat Fərzəliyev Yaşın Bəylər oğlunu belə bor əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Yasın qoy yaşının üstə gələn bu yaş da, sizə sevinc dolu illər bəxş etsin , hər yeni günün isə sizi ötən günlərdən daha da xoşbəxt keçsin.
Fərzəliyev Yaşın Bəylər oğlu 1957 -ci ilin sentyabr ayının 17 -də Ağdam rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1974 -cü ildə Ağdam rayonunda 1 nömrəli tam orta məktəbi, 1983 -cü ildə isə Daxili işlər nazirliyi Daxili Qoşunların Tiflis şəhərində yerləşən gizirlər hazırlayan məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir cox metodiki -təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1977- 1979 cu illərdə Sovet Ordusunuda müddətli həqiqi hərbi xidmətə olub. 1980- 1991- ci illərdə Daxili İşlər Nazirliyinin i Daxili Qoşunların Bakı şəhərində yerləşən Konvoy -mühafizə alayında və Əməliyyat briqadasında nəzarətci, baş nəzarətci, bölüyün baş cavuşu vəzifələrində işləyib.
1992- 1996 -ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin
Daxili Qoşunların Bas İdarəsinin Ağdam, Ağdərə və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində taborun baş cavuşu, alayın qərargah rəisinin nizamı hissə üzrə baş köməkçisinin müavini vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən ( Ağdam, Ağdərə və Goranboy rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş, 1992 -ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanmışdır.
Öz tabeliyində olanlara və digər hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olmuş tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, xüsusi yeklərin, islah-əmək müəssisələrin və hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə,döyüş hazırlığındakı, döyüş xidmətindəki və döyüş təlimindəki əla göstəricilərə görə baş- leytenat Yasın Fərzəliyev Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın onun müavinlərinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə " əla xidmətlərə görə" döş və yubiley nişanları təltif edilib, bir cox fərmanlarlarla və qiymətli hədiyyələrlə mükafatlandırıb,ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:
1.”Silahlı qüvvələrin 70 illiyi (1918-1988)” yubiley medalı ilə:
2.”Qusursuz xidmətə görə” 1 dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.” Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3 -ci dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim illi xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN YASIN!
100 ( YÜZ ) YAŞA SAĞLAM YAŞA
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder