Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının Baş idarəsinin Gəncə şəhərində və Xəzər rayonunda yerləşən hərbi hissəsinin və ali hərbi məktəbinin həyatında tibb xidməti sahəsində öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, humanistliyi,dəqiqliyi,təmkinliyi,öz davranışı, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 24
ildən çoxunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş, tibb xidməti işcisi - ehtiyatda olan gizir Rzayevə Validə Kərəm qızıdır. Sentyabr ayının 19- da onun dünyaya göz acdığı (yubiley ) gündür.
Daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan Validə xanımı belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri,əzizləri, iş yoldaşları, doğmaları,dostları
və onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər, Validə xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan Rzayeva Validə Kərəm qızı 1974-cü ilin sentyabr ayının 19- da Bərdə rayonunda zəhmətkeş bir ailədə anadan olub.
Hərbi xidmət dövründə nümnəvi hərbi qulluqcu və savadlı tibb işcisi kimi hər kəsin rəğabətini qazanmış Validə xanım 1992 -cu ildə Gəncə şəhərində orta məktəbi, 1992-ci ildə ildə isə Rusiyada tibb kollecini bitrib.
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış,vətənpərvər insan Rzayeva Validə Kərəm qızı 1994- 2019 - ci illərdə Din-in Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində yerləşən hərbi hissənin və Xəzər rayonunda yerləşən ali hərbi məktəbin tibb məntəqəsində feldşer (tibb bacısı) vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Torpağına,xalqına bağlı gözəl xanım Validə Rzayeva Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində və ali hərbi məktəbdə xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsinə Validə xanım həmişə qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqçu olmuşdur.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Rzayeva Validə Kərəm qizı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox həmkarları və iş yoldaşları
üçün nümunə olmuşdur.
Ehtiyyatda olan gizir Validə Rzayeva öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 iliyi (1991 -2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013)” yubiley medalı ilə.
VALİDƏ XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..
XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder