Təbrik: Samir Abdullayev



     
 Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının  həyatında öz dəst -xətt olan, peşəkarlığı,sadəliyi, səmimiyyəti,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyəti  ilə seçilən - ehtiyada olan baş leytenat  Abdullayev Samir  Arif     oğlunun  sentyabr  ayının  5 – də 41 yaşı tamam olub.
      
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan baş leytenat Abdullayev Samir Arif   oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin Daxili   Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,tələbə  yoldaşları, doğmaları, yaxınları və  iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Samir   qoy yaşının  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Abdullayev Samir Arif      oğlu   1983 - cü  ilin  sentyabr  ayının   5 - da  Azərbaycan  Respublikasının  Şabran  rayonun Gəndov  kəndində   zəhmətkeş bir ailədə anadan olub.
     
 Şabran² rayon  Gəndov  kənd  tam  orta məktəbi, 2008- cu  ildə  isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orta  ixtisas hərbi   məktəbini bitirib. 

Samir  Arif oğlu  Abdullayev      Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə,  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
    
2002- 2003 - cü illərdə Daxili Qoşunların     hərbi hissələrində  müddətli həqiqi hərbi xidmətə olub.  

2003-2023 -cü    illərdə  Din-in Daxili Qoşunların hərbi hissələrində  və Xəzər  rayonlarında  yerləşən  hərbi hissələrində və orta ixtisas  hərbi  məktəbində  müdavim  və müxtəlif   vəzifələrdə Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.

Samir Abdullayev     Qanunvericiliklə  müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat  anbarların mühafizəsində,   yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai  təhlükəsizliyin təmin olunmasında,  bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa  fövqaladə hallar (fövqalədə  vəziyyət  və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətətin ərazi bütövlüyünün təmin olunmasın  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
Hərbi və iş yoldaşları   Samir Abdullayevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.
 
Abdullayev Samir Arif oğlu   istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
Samir  Arif oğlu  Abdullayev   Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      
Öz xidməti  vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə, şücaət, fədakarlıq göstərdiyinə  və digər xidmətlərə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, orta ixtisas məktəb rəisinin, hərbi hissə komandirin  müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə  görə  əlacı  və yibiley  döş nişanları ilə təltif olunub, bir çox  fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:

1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  90  illiyi (1918-2008)” yubileyi medalı ilə;

2.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10  təqvim ili xidmətə görə;

3.“Quzursuz xidmətə görə” 2-ci dərəcəli  medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

4.”Qusursuz xidmətə görə” 1 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  SAMİR   !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages