Təbrik: Rasim Hüseynov- 64



  Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  Laçın rayon şöbəsinin sədri  Hüseynov  Rasim Sultan oğlunun dünya göz açdığı gündür. Sentyabr ayının  23 -cü onun 64 yaşı tamam olur.
 Rasim  Sultan oğlu Hüseynov 1960 -cı ilin sentyabr ayının  23 -də Laçın rayonunda  zəhmətkeş bir ailədə anadan olub. 1978 ci ildə Laçın rayonunda orta məktəbi, 1985-ci ildə isə Gəncə şəhərində  Azərbaycan Texnologiya İnstitutunu bitirib.
  Hüseynov Rasim Sultan oğlu 1978- 1980 -ci  illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub . SSRİ Silahlı Qüvvələrindən ehtiyata  buraxlandan sonra Bakı şəhər  Təmir tikinti idarəsində yanacaq sürtgü materialları müdürü vəzifəsində çalışıb.
  Rasim Sultan oğlu  Hüseynov  1990 -  1994 -  cü  illərdə  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə  gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.
  Hüseynov Rasim Sultan oğlu 2000-ci ildən etibarən Azərbaycan Vətən  Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) Laçın rayon şöbəsinin sədri vəzifəsində çalışır.
  Öz xidməti (ictimai)   vəzifələrini və  Azərbaycan  Vətən Müahribəsi Veteranları İctimai Birliyinin Laçın  rayon şöbəsi qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  xüsusi fərqləndiyinə görə dəfələrlə bir sıra xatirə medallarla, döş nişanıları  ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, həmçinin  onun yaxınları  Hüseynov Rasim Sultan oğlunu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və cansağlığı arzulayırlar!


Hiç yorum yok:

Yorum Gönder

Pages