Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının Bakı şəhərində yerləşən hərbi hissələrdə və Daxili Qoşunların Baş İdarəsində avtomobil və zirehli texnika xidmətləri sahəsinə həsr edən, bu müddətin də böyük hissəsini rəhbər vəzifələrdə calışmış, Daxili Qoşunların Baş İdarəsinin avtomobil və zirehli rexnika şöbəsinin ilk rəisi vəzifəsində xidmət etmiş- istefada olan polkovnik Yuri Qalaqanovun sentyabr ayının 28-də dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin üzvü- istefada olan polkovnik Yuri Qalaqanovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların istefada və ehtiyada olan zabitləri, əzizləri, yaxınları, iş yoldaşları, onun pərəstşkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Yuri müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Hər ömür bir kitabdır, deyirlər 82 yaşı tamam olan istefada olan polkovnik Yuri Qalaqanovun keçən günlərini vərəqlədikcə bu fikiri təadiq edirsən.Bu insan ın həyatı olduqca cox mənalı kecib.
Yüksək nufuz sahibi olan, Daxili Qoşunlarda hamı tərəfindən təvazökar, prinsipial, obyektiv insan kimi tanınan polkovnik Qalaqanov Yuri Qruqorevic 1942-cı ilin sentyabr ayının 28-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub .
Mədəni münasibəti, sakitliyi, təmkinliyi, diqqətliyi, səmimiyyəti,sadəliyi,yüksək peşəkarlığı və xoşrəftarı ilə yüzlərlə adamların xeyirxahına çevirilmiş Yuri Qirqorovic 1959-cu ildə orta məktəbi, 1962 -ci ildə Azərbaycan Poltexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) bitrib .O, Din-in Daxili Qoşunlarımda xidmət etdiyi dövrlərdə Bakı, Tiflis, Rastov və Sankt-Peterburq (Leninqrad)şəhərlərində kecirlən müvafiq ixtisas artırma kurslarında, bir çox təlim -medodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə,nümnəvi- göstərici məşğələlərdə, komanda-qərargah məşqlərində,seminar və konfranslarda fəal iştirak etmişdir.
Mənəviyyatı maddiyatdan uca tutan, xeyirxah, təvazökar insan polkovnik Yuri Qalaqanov 1962- 1991-ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərkən öz savadı və peşə bacarığı ilə ələqədar həmişə yüksək vəzifələrdə xidmət etmişdir. SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Tiflis və Bakı şəhərlərində yerləşən diviziyaların Nizami və Binəqədi rayonlarında dislokasiya olan hərbi hissələrində avtomobil və zirehli texnika bölük komandirinin texniki hissə üzrə müavini, avtomobil və zirehli texnika bölük komandiri, avtomobil və zirehli texnika xidmət rəisi,hərbi hissə komandirinin texniki hissə üzrə müavini, 1992- 1998 -ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin avtomobil və zirehli texnika şöbəsinin ilk rəisi vəzifələrində Vətənə, və Xalqa sədaqətlə xidmət etmişdir.
İşdə və həyatda qanunun aliliyinə ehtiramla yanaşan,dövlətçiliyimizin möhkəmləndirilməsu ücün var qüvvəsi ilə yorulmadan çalışmış, polkovnik Yuri Qalaqanov mənalı həyatının 36 (otuz altı) ilini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərək şərəfli yol keçmişdir.
O, rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə,nəzəri və praktiki biliyi ilə, təcürbəsi ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qosunlar komandanın daimi diqqət mərkəzində olmuşdur.
İşlədiyi dövrdə Daxili İşlər Nazirliyin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı tərəfindən yüksək bacarığı və qabiliyyəti ilə daim qiymətləndirlən və xidmətdə yuxarı vəzifələrə irəli çəkilən Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik Yuri Qalaqanov Daxili işlər iazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin avtomobil və zirehli texnika şöbəsinin müasir tələblərə uyğun əsasnaməsinin, avtomobil və zirehli texnika şöbəsinə aid hüquq- normativ aktların,əmrlərin,direktivlərin, bütün növ təminat normalarının, formalaşdırılmış sənədlərin , maddi- texniki təminat xidmət sahəsində xidmət edən hərbi qulluqçularının ixtisas hazırlıgı üzrə tədris proqramların, dərs və metodiki vəsaitlərin hazırlanmasında,avtomobil və zirehli texnika üzrə yüksək ixtisaslı kadırların (zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kicik mütəxəssislərin) hazırlanmasında, eləcə də onlarla lazımı təlim- metodiki toplanışların və seminarların kecirilməsində rolu böyük olmuşdur.
Daxili Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin,inzibatı binaların, hərbi təchizat anbarların və hərbi bazaların mühafizə olunmasında,yaşayış məntəqələrində və islah- əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, baş vermiş qəzaların,bədbəxt hadisaələr, yanğınlar və təbbi fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrinin dislokasiya yerlərinin dəyişməsində, və hərbi hissələrin avtomovbil və zirehli texnika xidmətləri üzrə bütün təminat növləri ilə təmin olunmasında və digər lazımı tədbirlərin həyata keçirilməsi istiqamətində üzərinə düsən məsul vəzifələri hər zaman layıqınca yerinə yetirmişdir
Silahlı Qüvvələr və müharibə veteranı- istefada olan polkovnik Yuri Qalaqanov hərbi hissə komandirinin texniki hissə üzrə müavini və Daxili Qoşunların Baş İdarəsinin avtomobil və zirehli texnika şöbə rəisi vəzifəsində xidmət edərkən, yekun yoxlama komissiyanın , kompleks və məqsədli qurupların rəhbəri (üzvü), hərbi hissə komandirlərinin və onlarin texniki hissə üzrə müavinilərinin xidmət yerlərının dəyişməsi (silahlı qüvvələrdən ehtiyata buraxılması) eləcə də diviziya və hərbi hissələrdə avtomobil və zirehli texnika xidməti üzrə kecirilən texniki baxış komissiyanın sədri və üzvü olduğu müddətdə, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, heç kəsi özündən inçitməyən,xoş rəftarı və şirin dili ilə hərkəslə doğmalıq münasibəti yaradan polkovnik Yuri Qriqorovic Qalaqanov Daxili Qosunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
İstefada olan polkovnik Yuri Qalaqanov təhsil aldıgı ali hərbi təhsil müəssisələrində, xidmət etdiyi diviziya və hərbi hissələrdə xüsusi fəriqləndiyinə görə Daxili İşlər Naziri və onun müavinlərinin, Daxili Qoşunlar komandanlığının, təhsil aldığı ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, bir cox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mukaflandırlmış və ona təşəkkür elan edilmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə aşağdakı medallarla təltif olunub :
1.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.SSRİ Silahlı Qüvvələrin 50 illiyi (1918-1968)”yubiley medalı ilə;
3. “SSRİ Silahlı Qüvvələrinin 60 İlliyi (1918-1978) yubley medalı ilə;
4.”SSSRİ Silahlı Qüvvələrinin 70 İlliyi (1918-1978)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 80 illiyi (1918-1988)” yubiley medalı ilə;
6.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
7.”Qüsursuz xidmətə görə’ 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
8.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli” medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xudmətə görə.
HÖRMƏTLİ YURİ QRİQOROVİC
, BU YENİ YAŞINDA XOŞBƏXTLİKLƏRİN ƏN GÖZƏLİNİ YAŞAYASAN,
BÜTÜN GÖZƏL ARZULARINA CATASAN!
AD GÜNÜN MÜBARƏK OLSUN!
100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder