Təbrik :Polkovnik Yunis Qasımov - 50



     
  Daxili  İşər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, işgüzarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti,sadəliyi, səmimiyyəti, idarəclik, təşkilatclıq bacarığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən   məhsuldar dövrünü Daxili Qoşunlarda hərbi xidmətə həsir etmiş, ehtiyatda olan   polkovnik  Yunis  Nizami   oğlu Qasımov sentyabr ayının 27-də  dünya göz açdığı gündür .

Daimi həyatın imtahanlarından  alınıaçıq  və üzüağ çıxan polkovnik  Yunis Qasımovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olanzabitləri, onun  doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insanın ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Yunis   müəllim  qoy yaşının üstə gələn bu yaş  da sizə  sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, sizi xoşbəxt edəcək şəkildə keçsin.
   
  Polkovnik  Qasımov  Yunis   Nizami oğlu  1974-cü ilin  sentyabr ayının 27-də  Azərbaycan Respublikasının  Sabirabad rayonunda anadan olub.Atası  polis polkovnik leytenantı Nizami Qasımov uzun illər  Daxili işlər orqanlarında  rayon polis şöbəsinin rəis müavini vəzifələrində xidmət etmişdir.

   1990 -cı ildə Səbirabad rayonunda  orta məktəbin 8-ci sinifini ,  1992-ci ildə  Bakı şəhərində fizika-riyaziyyat  və informatika təmayüllü liseyi, 1996-cı ildə isə Azərbaycan Texniki Universiteti Dövlət  Universiteti bitirmişdir.

   
   Yunis Qasımov  1994-1996 -cı illərdə   Din-in Daxili Qoşunlarının  Binəqədi rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.

     Polkovnik  Yunis Qasımov 1996-  2024- cü illərdə Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin  doyüş hazırlığı idarəsində   certyojcu, Daxili Qoşunların Nərmanov, Qaradağ, Lənkəran, Qəbələ,Bərdə və  Xəzər rayonlarında yerləşən hərbı hissələrdə      ( hərbi hospitalda)  və Ali hərbi məktəbdə taqim komandiri, bölük komandiri , mənzil - istismar xidməti rəisi, hərbi hissə komandirinin  və Ali hərbi məktəb rəisinin maddi -texniki  təminat  üzrə müavini  vəzifələrində Millətə, Dövlətə,  Vətənə və Xalqa sədaqətlə  xidmət edib.
     
  Yunis   Nizami oğlu Qasımov Qanunvericiliklə  müəyyən edilmiş qaydada    Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində,dövlət əhmiyyətli obyektlərin, inzibatı binaların, hərbi təchizatl anbarlarının mühafizəsində,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin,axtarışda olan şəxslərin tutulmasında və zərərləşdirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində, ictimai asayişin təmin olunmasında,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısımın alınmasında, qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqələda hallar (fövqaladə vəziyyət  və komendat saatı) zamanl  hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
      
  Polkovnik  Qasımov  Yunis  Nizami oğlu     yüksək intellektual səvviyəsi, xeyirxahlığı,  peşəkarlığı və humanistliyi  ilə seçilən,  ömrünün ən məhsuldar dövrünün  29 (iyirmi doqquz) ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirib.
       
   Yunis Qasımov Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun daimi nümnə olmuşdur.
  
 

   Polkovnik Yunis Qasımov Daxili Qoşunların Baş İdarəsinin hərbi hisələrində və Ali hərbi məktəbdə rəhbər vəzifələrdə  xidmət etdiyi illər ərzində, hərbi hissədə və ali hərbi məktəbdə bir sıra komissiyaların üzvü və məqsədli qrupun rəhbəri olduğu müddətdə o,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə   üzərinə düsən vəzifələrin yerinə yetirilməsində daimi Daxili Qoşunların Komandanlıgının və  hərbi hissə komandirinin diqqət mərkəzində olmuşdur.
   
Dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş və xüsusi əməliyatlar zamanı igidlik göstərdiyinə, öz xidmət vəzifələrini və hərbi hissə  və Ali hərbi məktəb qarşısında qoyulmuş tapşırıqları yerinə yerınə yetirərkən fəriqləndiyinə və  digər xidmətlərə görə, Azərbaycan Respublikası Prezidentinin  9 mart 2018- ci il tarixli Sərəncamı ilə, Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların  Ali hərbi məktəb i rəisinin və   hərbi hissə komandirinin  (hospital rəisinin) müvafiq əmirləri ilə  polkovnik  Yunis Qasımov əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları  ilə təltif edilib, bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkur elan edilib və aşağıdakı medallarla  təltif olunub:

  1."Hərbı xidmətlərə görə” "medalı ilə;

  2.”Qüsursuz xudmətə görə” 1-ci dərəçəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim  ili xidmətə görə;

   3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

   4.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal ilə -  Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

   5.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)”  yubiley medalı ilə;

    6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi  (1918-2013)” yubiley medalı ilə;

    7.”Azərbaycan Respubilkası Silahll Qüvvələrinin 100 illiyi (1918-2018)”yubiley medalı ilə. 

   
         YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN  YUNİS!

            ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!

            DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
            ÖMRÜN UZUN OLSUN!

           100 YAŞA, SAĞLAM YAŞA
.
 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə  Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages