Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və daxili işlər orqanlarının həyatında öz dəst- xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, təşkilatclıq bacarığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda və Daxili işlər orqanlarında keçirmiş polis və müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvü- istefada olan polis polkovnik - leytenantı Qasımov Maarif Eylas oğlunun sentyabr ayının 8 - də dünya göz açdığı gündür .
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvü - istefada olan polkovnik leytenant Maarif Elyas oğlu Qasımovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin Beynalxaq işlər üzrə müavini - Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri - istefada olan polkovnik Elmar Hüseynov,onun doğmaları, tələbə, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvü -istefada olan polkovnik - leytenant Qasımov Maarif Elyas oğlu 1958 - ci ilin sentyabr ayının 8 - də Azərbaycan Respublikasının Beylaqan rayonun Şahsevən kəndində zəhmətkeş bir ailədə anadan olub.
1975 - ci ildə Beyləqan rayonun Şahsevən kənd orta məktəbini, 1978 - ci ildə Kənd Təsərrüfatı Texnikumunu, 2001-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. O, Daxili Qoşunlarda və daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində, Bakı şəhər Baş Polis İdarəsində, Polis Akademiyasında kecirlən bir çox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1976-1978 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sankt -Peterburq (keçmiş Leninqrad ) şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1980-1988-ci illərdə Daxxili İşlər Nazirliyinin islah -əmək müəsissələrində mühəndis vəzifəsində işləyib.
1988-1991-ci illərdə özünü müdafiə dəstələrinin tərkibində Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi ücün xüsusi əməliyatlarda iştirak edib.
1991 - 1994- cü illərdə Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən Zastavasında böluk komandiri, 1994- 1998 - ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən hərbi hissəində böluk komandiri, 1998- 2013 - cü illərdə isə Daxili İşlər Nazirliyinin Binəqədi və Nəsimi rayonlarında yerləşən polis idarəsində inspektor, baş inspektor, cinayət axtarış və ictimai təhlükəsizliy şöbələrinin rəisi, polis idarəsinin rəis müavini vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib. 2014- cü ildən etibarən "Azərbaycanın Dəmiryol Yolları " Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri dəmir yol vağzalında təhlükəsiz xidmətin rəisi vəzifəsində calışır.
Qanunvericilik ilə müəyən olunmuş qaydada, Dövlət Sərhəd Xidmətinə, Daxili İşlər Orqanlarına və Daxili Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərlərdə, yaşayış mətəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində, İctimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, axtarışda olan şəxslərin axtarışında, tutilmasında və zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendant xidməti ) zaman hüquqi rejimin təmin edilməsində, dövlətin konstitusion quruluşunun müdafiəsində, eləcə də dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Kəlbəcər, Qubadlı, Beyləqan,Zəngilan, Cəbrayıl və Füzuli rayonları istqamətində ) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları layiqincə yernə yetirmişdir.
Öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi və Polis Andın, hərbi, daxili işlər nazirliyin post- patrul, daxili qoşunların isə döyüş xidməti nizamnamələrinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qasımov Maarif Elyas oğlu ömrünün önəmli bir hissəsini Daxili işlər nazirliyinin Daxili Qoşunlarına,Dövlət Sərhət Xidmətinə və Daxili İşlər Orqanlarına həsir edərək şərəfli xidmət yol keçmişdir.
Polkovnik leytenat Maarif Qasımov rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, böyük idarəçilik və təşkilatclıq bacarığı ilə daimi Daxili Qoşunlar Komandanlığının, Bakı şəhər Baş Polis İdarəsinin rəsinin və müavinlərinin diqqət mərkəzində olmuşdur
Öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Dövlət Sərhəd Xidmət rəisinin, idarə şöbə (xidmət) rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nisanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti və ictimai vəzifələrini, hərbi hissə və daxili işlər orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafuq əmirləri ilə aşağıdakı medallara təltif olunub:
1” Polis Veteranı” medalı ilə;
2.”Qüsursuz xidmətə görə" 1- ci dərəcəli medal ilə-xidmətdə 20 təqvim ili xidmətə görə;
3.“ Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə – xidmətdə 15 təqvim ili xidmətə görə;
4.” Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -xidmətdə 10 təqvim ili xidmətə görə;
5." Böyük Zəfər " medalı ilə;
6." Milli Ordunun yaranmasının 100 illiyi (1918-2018 )” yubiley medalı ilə;
7."Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 25 illiyi (1994 - 2019)” yubiley medalı ilə;
8."Azərbaycan Respubilkasının müharibə veteranı” medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MAARİF!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA SAĞLAM YAŞA
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder