Təbrik: Polkovnik- leytenat Arif İsmayılov- 58



  Daxili İşlər Nazirliyinin   Daxili Qoşunlarının həyatında öz dəşt-xətti olan-istefada olan polkovnik -leytenat Arif İsmayılovun  sentyabr ayının 16-da  dünya göz açdığı gündür.

Daimi həyatın imtahanlarından  alınıaçıq və üzüağ çıxan, müharibə veteranı- istefada olan polkovnik- leytenant İsmayılov Arif Məmməd oğlunu belə bir əlamətdar gün munasbətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri,iş və döyüş yoldaşları,   səmimi qəlbdən  təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Arif qoy yaşının üstə gələn bu yaş  da sizə sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
   
Müharibə veteranı polkovnik -leytenant İsmayılov Arif Məmməd oğlu 16 sentyabr 1966-ci ildə Bakı şəhərində zəhmətkeş  bir ailədə  anadan olub.
   
1983-cü ildə Bakı şəhərində 175 saylı tam orta məktəbi,  1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitunu  bitrib.1984-1986- cı illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
  
  İsmayılov Arif Məmməd oğlu 1992 -ci ilin yanvar ayından 1993-cü ilın dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Ağdam rayonunda yerləşən polis şöbəsində, müxtəlif vəzifələrdə işləmiş, 1994- cü illin yanvar ayından  2011-ci ılə kimi  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul, Xəzər, Binəqədi  və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində  taqım və böluk komandiri, ərzaq xidmət rəisi, nizami hissə rəisi, Daxili Qoşunların Bas İdarəsinin İnispeksiyasında baş inispektor,  Daxili Qoşunların Qərargahında  kəşfiyyat və təşkilat- komplektləşdirmə  şöbələrində baş zabit vəzifələrində xidmət etmiş, kəşfiyyat şöbə rəisinin vəzifələrini  müvəqqəti icra etmişdir.
   
 O, peşəkarlığı,humanistliyi,  səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işgüzarlığı, mənəvi keyfiyyəti, sadəliyi,  səmimiyyəti, dəqiqliyi, təmkinliyi, təcürbəsi, nəzəri və praktiki biliyi ilə  seçilən, ömrünün ən məhsuldar dövrünün  21- ildən cox şərəfli xidməti yolunu Daxili işlər orqanında və Daxili Qoşunlarda kecirərək, Vətənə,  və xalqa sədaqətlə xidmət etmişdir.
    
 Arif Məmməd oğlu İsmayılov  öz tabeliyində olanlara  və bir cox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamələrin, əmr sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi  işində daimi nümünə olmuşdur.
  
  Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində ictimai qaydanın  qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarışında, tutulmasında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər  və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı ) zamanı hüquqi    rejimin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi  ixtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində polkovnik leytenat Arif İsmayılov üzərinə düşən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
İsmayılov Arif Məmməd oğlu Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində tədris dövrü üçün döyüş və ictimai sıyası hazırlıq planına əsasən Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, nizami hissə və kəşfiyyat rəisləri ilə, bölüklərin (taborların) yazarları ilə, kecirlən məşğələlərin, metodiki -təlim toplanışlarının keyfiyyətilə kecirilməsinə məsuliyyətlə yanaşmışdır. Daxili Qoşunların Bas İdarəsinin İnispeksiyasında  inispektor vəzifəsində olduğu illərdə Daxili  Qoşunların  Baş İdarəsinin idarə, şöbə  və xidmətlərində, hərbi hissə  və əlahiddə bölmələrində  ümümi, təlim yoxlamalarının  kecirilməsi istqamətində üzərinə düşən vəzifə və tapşırıqların   yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə  yanaşmışdır.
   
İsmayılov Arif Məmməd oğlu Daxili Qoşunların Baş İdarəsinidə və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində, xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiya rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə təltif  olunub, bir cox   fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
   
Öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə, əla döyüş hazırlığı,döyüş xidməti və döyüş təlimi göstəricilərinə  görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirin  müvafiq əmrləri ilə  aşağıdakı medallarla təltif edilib:
 

1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10-illiyi (1991-,2001)” yubiley medalı ilə;
 
2.”Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ilə;

3.” Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95- illiyi (1918-2013)” yubiley medalı ilə;

4.” Qüsursuz xidmətə  görə”1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;

 5.” Qüsursuz xidmətə görə”2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə ;

6.” Qusursuz xidmətə görə”  3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ARİF!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
 
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages