Daxili İşlər Nazirliyinin (Din-in ) Daxili Qoşunların həyatında rabitə xidməti, döyüş hazırlığı, döyüş xidməti və döyüş təlimi üzrə öz dəst-xətti və xüsusi xidmətləri olan Azərbaycan Respubilkasının Müharibə Veteranı -istefada olan polkovnik leytenan Hüseynov Salman Bəhram oğlunun sentyabr ayının 10-da dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlardan alınıaçıq və üzüağ çıxan, polkovnik-leytenat Salman Hüseynovu belə bir əlamətdar gün
munasbətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların istefada olan zabitləri,doğmaları,yaxınları,iş və döyüşcu yoldaşları səmimi qəllbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı , həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Salman müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Hüseynov Salman Bəhram oğlu 10 sentyabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndində zəhmətkeş bir ailədə anadan olub.
1983 - cü ildə Babək rayonun Qarxanbəyli kənd orta məktəbini, 1987-ci ildə Kemerov şəhərində rabitəci ali hərbi komandirlər məktəbini bitrib.
1987- 1992-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Celiyabinski vilayətində və Qazaxıstan Respublikasının Quriyev şəhərində yerləşən hərbi hissələrinin birində taqım və böluk komandiri, tabor komandirinin müavini və rabitə xidmətinin rəisi vəzifələrində olmuşdur.
1992- ayından Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının Baş İdarəsinin Ağdam rayonunun döyuş bölgəsində yerləşən hərbi hissədə rabitə xidmətinin rəisi, 1993 - cü ilin yanvar ayindan - 2004- cü ilin dekabr ayına kimi Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hissə komandirinin birinci müavini, Daxili Qoşunların Baş İdarəsinin Qərgahında isə rabitə şöbəsinin rəisi vəzifələrində Millətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Salman Bəhram oğlu Hüseynov 2005-ci ildən 2017-ci ilə kimi Rabitə və İnformasiya texnologiyaları nazirliyinin Dövlət radiotezliklər idarəsinində dövlət komissiyasının katibi, 2017- ci ildən isə hal- hazırki dövrə kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dövlət radiotezliklər idarəsinində mühəndis vəzifəsində işləyir.
Hüseynov Salman 2006- cı ilin aprel ayından Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının üzvüdür. Rabitə və İnformasiya Texnologiyaları Nazirinin 02 dekabr 2011- ci il tarixli 218 saylı əmri ilə ona, "Fəxri Rabitə Ustası" adı verilib. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə bir cox ölkələrdə işgüzar səfərdə olub.
Müharibə Veteranı- istefada olan polkovnik leytenant Salman Hüseynov Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində hərbi hissəyə və Daxili Qoşunların Baş İdarəsinin rabitə şöbəsinə həvalə edilmis vəzifələrin və tapşırıqların yerinə yetirilməsində, mühum dövlət obyektlərin mühafizəsiində, xüsusi yüklərin daşınmasında və mühafizəsində,hərbı hissənin ərazisinə soxulmuş və hüqüq mühafizə orqanlarının inzibati binalarına basqın etmiş şəxslərin axtarışında və zərərləşdirilməsində,islah-
əmək müəssisələrində və yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərlərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kcirilmə yerlərində ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,qəzalar, bədbəxt ,hadisələr, yanğınlar,təbii fəlakətlər, və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat xidməti) zamanı hüquqi rejimin təmin edilməsində, eləcə də Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda rabitə xidmətinin təşkilinə aid üzərinə düsən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hüseynov Salman Bəhram oğlu peşəkarlığı, humanistliyi, səmərəli fəaliyyəti, işgüzarlığı, iradi və mənəvi keyfiyyətilə seçilən, ömrünün ən məhsuldar dövrünün 40 illk şərəfli xidmət yolunun iyrimi bir ilini hərbi xidmətdə kecirib, on doqquz ilini isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət radiotezliklər İdarəsinində keçirib.
O,Din-in Daxili Qoşunlarınln Baş İdarəsində rabitə şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş idarəsində, hərbi hissələrində əlahiddə bölmələrində Qoşunların rabitə şöbəsində, dayaq rabitə qovşağında, təlim- tədris mərkəzində rabitə xidmətinin təşkili üzrə müasir tələblərə uyğun əsasnamələrin,əmrlərin, təlimatların, lazımi təminat normalarının, formalaşdırılmış sənədlərin ,metodiki vəsaitlərin, direktivlərin hazırlanmasında,rabitə hazırlığı üzrə isə Daxili Qoşunların Baş İdarəsində zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, hərbi hissə komandiri və onların müavinləri ilə, hərbi hissələrin rabitə xidmət rəisləri ilə (rabitə üzrə kiçik mütəxəssislərlə) məşğələlərin, məşqlərin,nümunəvi göstərici məşgələlərin, xüsusi- taktiki təlimlərin, metodiki -təlim toplanışlarının keyfiyyətlə keçirilməsidə onun böyük rolu və zəhməti olmuşdur.
Salman Bəhrəm oğlu
Hüseynov hərbi hissələrdə və əlahiddə bömələrdə təftiş, yekun yoxlama,eləcədə tədris müddətini başa vurmuş cavuşlardan və kiçik mütəxəssislərdən buraxılış imtahanlarının qəbul edilməsi komissiyaların, hərbi hisə və bölmələrdə isə keçirlən kompleks və məqsədli qrupların üzvü olduğü müddətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.
O,Azərbaycanın Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, döyüş hazırlığı və rabitə xidməti üzrə
əsanamələrin, təlimatların, direktivlərin tələblərinivə vəzifə borcunu yernə yetirməkdə bir çox hərbi qulluqçulara şəxsi nümu
nə olmuşdur.
polkovnik- leytenant Salman Hüseynov öz xidməti və ictimai vəzifələrinin yerinə yetirilməsində fəriqləndiyinə və digər xidmətlərə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin Daxili Qoşunlar Komandanın və onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla təltif edilmiş,daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətinə görə əlaçı və yubiley döş nisanları ilə təltif olunub, bir çox (pul mükafatları ilə),fərmanlarla, qiymətli hediyələrlə mukaflandırlıb və ona təşəkkür elan edilib.
HÖRMƏTLİ SALMAN NÜƏLLİM DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ, ZAMAN TEZ KEÇİR DEYƏ...UNUTMA Kİ, HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
FBÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRLƏ.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder