Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, yüкsək peşəкarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti,sadəliyi,hümanistliyi, vətənpərvərliyi,səmərəli fəaliyyəti,işgüzarlığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən ömrünün ən məhsuldar dövrünü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində Mərkəzi Nəzarət Təftiş komissiyasının sədri vəzifəsində keçirən, hörmətli veteranmız Niyazi Məmməd oğlu Quliyevin sentyabr ayının 22- də 61 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,müharibə veteranı Quliyev Niyazi Məmməd oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Fədai.az kollektiv,doğmaları,əzizləri və döyüş yaldaşları təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edib deyirlər, Niyazi müəllim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Quliyev Niyazi Məmməd oğlu 1963 — cü ilin sentyabr ayının 22 — də Naxçıvan Muxtar Respublikasında zəhmətkeş ailədə dünyaya göz açıb.
1981 -ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Böyükdüz kənd orta məktəbi, 1995-ci ildə Azərbaycan Dövlət Neft və Sənayi institutunu bitrib.
1981- 1983 — cü illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətə olub.
1984- 1990- cu illərdə Elektro Term zavodunda və Bakı Təmir Tikinti İdarəsində mühəndis və baş mühəndis vəzifələrində çalışıb.
O,1991- 1993- cü illərdə könülü olaraq Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə(daşaltı əməliyyatlarda) fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.Niyazi Quliyev 44 günlük Vətən müharibəsi günlərində daimi öndə hərbi qulluqcularmızın yanında olaraq öz köməkliyini onlardan əsirgəməmişdir.
Niyazi Quliyev 2004 — cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində Mərkəzi Nəzarət -Təftiş Komissiyasının sədri vəzifəsini layiqincə yerinə yetirir.
İş və döyüşcü yoldaşları və onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş bir insan kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba, müharibə veteranları arasında özünə böyük hörmət qazanıb.
Hərbi və ictimai vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna görə Azərbaycan Ordusunun Baş Qəqargah rəisinin, xidmət etdiyi korpus və hərbi hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədrinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin — amanlığın təmin edilməsində, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyində Mərkəzi Nəzarə-Təftiş komissiyasının sədri vəzifəsini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.“Böyük Zəfər “ medalı ilə;
2.“Müharibə Veteranı “ medalı ilə;
3.“Azərbaycan Veteranlar İctimai Birliyin 25 illiyi ( 1994-2019)” yubiley medalı ilə;
4.”Nilli ordunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə.
AD GÜNÜN MÜBARƏK OLSUN. NİYAZİ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
O, GÜN OLSUN 70-80-90 və 100 YAŞINI QEYD EDƏSƏN.
Hiç yorum yok:
Yorum Gönder