Təbrik: Mayor Yadigar Hüseynov- 66




 Tarixdə elə insanlar var ki,  yada qalır. Belə insanlardan  biridə ömrünün ən məhsuldar dövrünün  30 ildən çoxunu  hərbi xidmətə həsir etmiş, Azərbayca  Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan Mayor Hüseynov Yadigar  Əliheydər oğludur. Şentyabr ayının 7 -də onun dünya göz açdığı gündür . 
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,Azərbaycan Respublikasının   Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada  olan Mayor Hüseynov Yadigar Əliheydər oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər,Yadigar  qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi  istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin. 
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin üzvü -  istefada olan mayor Hüseynov Yadigar Əliheydər oğlu  1958- ci ilin  sentyabr ayının 7- də  Azərbaycan Respublikasının  Ucar rayonun Lək kəndində zəhmətkeş bir ailədə anadan olub. 
1973 -cü ildə  Ucar rayon Lək kənd orta məktəbini, 1982-ci ildə Bakı Politexnik Texnikumunu,  1983 - ci ildə  gizirlər hazırlayan  məktəbi,  1991- ci ildə isə gizirlərin ixtisas artırma kursunu bitrib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, komando- qərargah məşqilərində, müvafiq ixtisas artırma kurslarda, seminar və  konfranslarda iştirak edib. 
1977- 1979 cu illərdə  Sovet Ordusunda müddətli  həqiqi hərbi xidmətə olub. 
1980- 1991- ci illərdə   SSRİ Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının Bakı şəhərində yerləşən konvoy- mühafizə   alayında  və əməliyyat birqadasında  nəzarətci, bölüyün baş cavuşu və tağım komandiri vəzifəsində işləyib.
 1992 - 2008 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ağdam, Ağdərə, Füzuli, Xətai  və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində və hərbi hospitalında  taqım komandiri, mənzil - istismar xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib. 
Azərbaycanın ərazi bütövlüyü uğrunda  ( Goronboy ,Ağdam , Ağdərə  və   Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlib.
Mayor Yadigar Hüseynov  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yarlanıb, 2- ci qurup müharibə əlilidir. 
Yadigər Hüseynov SSRİ- in və Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Kazaxstan, Özbəkistan, Gürcüstan,  Litva  respublikalarında, Bakı və Sumqayıt şəhərlərində cəzaçəkmə müəssisələrində və yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai  təhlükəsizliyinin təmin edilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejim  tədbirlərinin həyata keçirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir. 
 Xidməti və ictimai  vəzifələrinin icrası zamanı  xüsusi fəriqləndiyinə görə SSRI və Azərbaycan Respublikasının  Daxili İşlər Nazirlərinin,  Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, diviziya və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə,  əla xidmətlərə görə  əlaçı  və yubiley  döş  nisanları  ilə təltif edilib, bir çox   fəxri fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
 2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi ( 1991 -2001)” medalı ilə;
 3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi  ( 1918- 2008)” yubiley medalı ilə;

4."Qüsursuz xidmətə görə”  1-ci dərəcəli medal ilə.- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.“Qüsursuz xidmətə görə " 2 -cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
7." SSSRİ Silahlı Qüvvələrinin 70 -illiyi (1918-1988)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.  YADİGAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman  Musayev.  

Hiç yorum yok:

Yorum Gönder

Pages