Azərbaycan Respubilkası Daxili işlər orqanlarının həyatında öz dəst - xətti olan, peşəkarlığı,hümanistliyi, dərin zəkası, və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili işlər orqanlarında keçirmiş istefada olan polis mayoru Həsənov Vəfa Həsən oğlunun sentyabr ayının 28-də 61 yaşı tamam olub.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, istefada olan polis mayoru Həsənov Vəfa Həsən oğlunun sentyabr ayının 28-də 61 yaşının tamam olması münasibətilə Daxili işlər orqanlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Vəfa müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı zabit, təcrübəli polis əməkdaşı, və qayğıkeş insan kimi göstərən Həsənov Vəfa Həsən oğlu 1963-ci ilin sentyabr ayının 28 -də rayonun Bulduq kəndində zəhmətkeş ailədə anadan olub.
Həsənov Vəfa Həsən oğlu 1981-1983-cü illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1985- 2016-cı illərdə Daxili İşlər Nazirliyinin Sabirabad rayon Polis İdarəsində və Din- in 102 çağrış xidmətində müxtəlif vəzifələrdə Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Mayor Həsənov Vəfa Həsən oğlu Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və digər polis əməkdaşlarına Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Polis Andın, Daxili İşlər Nazirliyinin Post-patrul xidməti və digər nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericliklə müəyyən edilmiş qaydada Daxil işlər orqanlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqəladə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında,dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Polis yoldaşları mayor Vəfa Həsənovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.
Vəfa Həsənov istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, idarə və şöbə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olnub, bir çox x fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında, eləcə də respublikada əmin - amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə bir sıra medallarla təltif olunub.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VƏFA MÜƏLIİM!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Hiç yorum yok:
Yorum Gönder