Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst -xətt olan, peşəkarlığı,sadəliyi, səmimiyyəti,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən - ehtiyada olan mayor Ibrahimov Valeh Baloğlan oğlunun sentyabr ayının 6 -da dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor İbrahimov Valeh Baloğlan oğlunu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,tələbə yoldaşları, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Valeh qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
İbrahimov Valeh Baloğlan oğlu 1984 - cü ilin sentyabr ayının 6 - da Azərbaycan Respublikasının Lənkəran rayonun Hirkan qəsəbəsi Parakənd kəndində zəhmətkeş bir ailədə anadan olub.
2000 - ci ildə Lənkəran rayon Mikayıl Nəzərov adına Parakənd kənd tam orta məktəbi,2002-ci ildə Daxili Qoşunların Şirvan şəhərində yerləşən tədris alayında cavuşlar kursunu, 2008- cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orta ixtisas hərbi məktəbini,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə 2 (iki) dəfə Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərin birində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə ixtisas artırma kursunu bitrib.
Valeh İbrahimov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə, xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
2002- 2003 - cü illərdə Daxili Qoşunların Hacıqabul,Xətai rayonlarında, Şirvan şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə olub.
2003-2023 -cü illərdə Din-in Daxili Qoşunların hərbi hissələrində və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və orta ixtisas hərbi məktəbində müdavim və müxtəlif vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Valeh İbrahimov Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat anbarların mühafizəsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa fövqaladə hallar (fövqalədə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasın üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları Valeh İbrahimovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.
Mayor Valeh İbrahimov istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, şücaət, fədakarlıq göstərdiyinə və digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, orta ixtisas məktəb rəisinin, hərbi hissə komandirin müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə görə əlacı və yibiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” yubileyi medalı ilə;
2.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.“Quzursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VALEH !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder