Təbrik: Mayor Vahid Cəlilov- 51



  
   Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur.İnsan özünü bu günün qəhramanı hiss edir.Bir növ hər keçən il insan məsuliyy ətini artırır.Belə insanlardan biridə  Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan- mayor Cəlilov Vahid  Aris oğludur.Sentyabr ayının  26 -da onun dünyaya göz açdığı gündür.
  
  Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Vahid Aris oğlu Cəlilovu belə bir əlamətdar   gün munasbətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,əzizləri,tələbə, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yolarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Vahid qoy  yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 
    Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan mayor Cəlilov Vahid Aris oğlu 26 sentyabr 1973-cü ildə    Ucar rayonunda ziyalı ailədə  anadan olub.

    1980-ci ildə Ucar rayonunda yerləşən  2 (iki) nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1990-ci ildə orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində yerləşən avtomobil texnikomuna daxil olmuş ,1991 -ci ildə həmin texnikomu bitirmişdir.Vahid Aris oğlu  Cəlilov  1998-ci ilin iyul ayında Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib.O, Daxılı Qoşunların Baş  İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin ixtisas artırma kursunda olmuşdur.

   1992-ci ilin aprel ayından 2014 -cü ilin dekabr ayına kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərmanov, Ağdam, Füzuli,  Xəzər, Xətai və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində  müddətli həqiqi hərbi xidmətdə  əsgər, bölük komandirinin müavini, böluk komandiri, hərbi hissənin qərargah rəisinin xidmət üzrə  köməkçisi, tabor komandirinin müavini- taborun qərarg rəisi, xüsusi vasitələrin tətbiqi üzrə   dəstə komandirinin müavini və tabor komandiinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində etmişdir.

   Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında və ictimai təhlükəsüzliyin təmin edilməsində,dövlət obyektlərin,inzibatı.binaların,hərbi şəhərciklərin mühafizə ovunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin tutulmasında,  qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində,kütləvi iğtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt hadissələr,yanğınlar,təbbi fəlakətlər və başqa fövqaladə hallar (hərbi vəziyyət və komendant  saatı) zamanı hüquqi rejimin  təmin edilməsində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu  təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.
     
     Peşəkarlığı, humanistliyi,işgüzarlığı, mənəvi keyfiyyəti,sadəliyi, iradi, xeyirxahlığı, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə  seçilən, ömrünün  ən məhsuldar dövrünün 22 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinidə və təhsil aldığı Polis akademiyasında keçirərək Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
     
    Vahid Cəlilov 1992 -1994 - cü illərdə Azərbaycan Respublikasının Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə və xüsusi əməliyyatlarda iştirak edərək üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
       
    Daxili Qosunların Bas İdarəsinin hərbi hissələrində xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, təhsil aldığı təhsil müəssisələrinin (polis akademiya və hərbi məktəb) rəislərinin və hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacl və yubiley  döş nişanları  təltif olunub, bir cox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və  ona təşəkkür elan edilib.
     
   Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Silahlı Qüvvələrinin yaranmasının 10-illiyi (1991-2001), 90-illiyi (1998-2008) və 95 illiyi (1918-2013) yubiley, qüsursuz xidmətlərə görə isə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edilib.

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VAHİD!

  ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

ÖMRÜN UZUN OLSUN 100 YAŞA!

 Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və  müharibə veteranı-  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages