Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, müharibə veteranı- istefada olan mayor Qafarov Tərlan Həsənağa oğlunun sentyabr ayının 28- də dünyaya göz açdığı gündür.
Daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, müharibə veteranı – istefada olan mayor Tərlan Qafarovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Tərlan müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Qafarov Tərlan Həsənağa oğlu 28 sentyabr 1968 - ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. O, 1985- ci ildə Bakı şəhərində 240 saylı orta məktəbi, 1990- cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov şəhərində yerləşən Ali Hərbi məktəbi bitrib.
1990- 2009-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində taqım komandiri, bölük komandiri, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi,ayrıca yerləşən taborun komandiri, Daxili Qoşunların Bas İdarəsinin mühəndis xidmətində isə zabit və baş zabit vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Qafarov Tərlan Həsənağa Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycan Respublikasının Müharibə Veteranıdır.
Mayor Tərlan Qafarov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və mühəndis xidməti haqqında əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün daimi nümnə olmuş,Qanunvericiliklə Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Mayor Tərlan Qafarov yüksək peşəkarlığı,işgüzarlığı,vətənpərvərliyi, humanistliyi və sadəliyi ilə seçilən ömrünün ən mənalı həyatının 23 ildən çoxnu hərbi xidmətə həsr etmişdir.
Öz xidməti və ictimai vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına , şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsüzliyin qorunmanda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstənin zərərləşdirilməsində və öz xidməti vəzifələrini yernə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə mayor Tərlan Qafarov Daxili İşlər Nazirinin,Daxili Qoşunlar komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrə mükafatlandırlıb və aşağdakı medallarla təltif olunub:
1.“SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi ( 1918-2008)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.“Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TƏRLAN MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!
100 YAŞA, SAĞLAM YAŞA.
ALLAH SƏNİ QORUSUN !
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder