Təqvimdə hər bir insanın özəl, bir günü olur.İnsan özünü bu gün qəhraman hiss edir.Bir növ hər kecən il insan məsuliyyətini artırır.Belə insanlardan biridə, ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyinin ( Din-in) Daxili Qoşunlarında avtomobil və zirehli texnika xidməti işinə həsr etmiş,səmərəli və məqsədyönlü fəaliyyəti ilə seçilən-ehtiyatda olan mayor Sultan Ağacamalovdur.Sentyabr ayının 14-də onun dünya göz açdığı gündür
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor Ağacamalov Sultan Mirzə oğlunu belə bir əlamətdar gün munasbətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Sultan qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
mayor Ağacamalov Sultan Mirzə oğlu öğlu 14 sentyabr 1977-ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1993-cu ildə Bakı şəhər 171 saylı tam orta məktəbi,1997-ci ildə Azərbaycan Texniki Universiteti (avtonəqliyyat fakültəsini qiyabi), 1994- cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən tədris hərbi hissəsində manqa komandiri və taqım komandiri (cavuş) kursunu, 2000 -ci ilin fevral ayında isə Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən təlim tədris mərkəzində zabitlərin ilkin hazırlığı və ixtisas artırma kursunu bitirib.
Sultan Mirzə oğlu Ağacamalov 1994 -2016-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi, Xəzər, Hacıqabul, Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində atıcı, manqa komandiri, taqım komandirinin müavini, avtomobil və və zirehli texnikanın təmir taqım komandiri, avtomobil və zirehli texnika bölüyündə taqım və böluk komandiri, tabor komandirinin avtomobil və zurehli texniki hissə üzrə müavini, hərbi hissənin avtomobil və zirehli texnika xidməti rəisi vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Ağacamalov Sultan Mirzə oğlu Daxili Qoşunların Baş İdarəsinin zabitlər hazırlayan məktəbi bitirdikdən sonra Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti ilə yaxindan taniş olmaq məqsədilə, Ankara, İstanbul, İzmir, Foce şəhərlərində yerləşən hərbi hissələrdə və hərbı məktəblərdə işgüzar səfərdə olmuşdur.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən müvafiq kurslarda, bir çox təlim - metodiki toplanışlarda,xüsusi-taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə,seminar və konfranslarda fəal iştirak etmişdir.
Sultan Ağamacalov öz tabeliyində olanlara, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbı Andın,hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, avtomobil və zirehli texnika üzrə direktivlərin, təlimatların və əsasnamələrin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işinda daimi nümünə olmuşdur.
Mayor Ağacamalov Sultan Mirzə oğlu yüksək peşəkarlığı,humanistliyi,təcürbəsi,sadəliyi,
səmimiyyəti,vətənpərvərliyi, mənəvi və işgüzar keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 22 illik şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə keçirmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərlərdə, yaşayış
məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarılmasında,tutulmasında və zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində -ehtiyatda olan mayor Sultan Ağacamalov üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Daxili Qosunlarin Bas İdarəsi tərəfindən keçirilən yekun, ümumi və təlim yoxlamalar eləcədə avtomobil, zirehli texnikaya illik baxışlar zamanı onun bilavasitə rəhbər olduğu taqım, böluk və avtomobil və zirehli texnika xidməti, Daxili Qoşunların hərbi hissə və əlahiddə bölmələri arasında yüksək nəticələr göstərərək, qabaqcıl yerləri tutduğu üçün Daxili Qoşunlar Komandanı və onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında mükafatlandırlaraq, ona müvafiq kubok və diplomlar verilmişdir.
Öz xidməti vəzifələrini, hərbi hissəyə həvalə olnmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə, əla döyüş hazırlığına və döyüş təliminə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin , hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yibiley döş nisanları ilə təltif olunub, bir çox fərmanlarla ( pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10- illiyi (1991-2001)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95- illiyi (1918-2013)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SULTAN!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA, SĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder