Təbrik: Mayor Musa Əliyev - 60.



  .  Daxili işlər  orqanlarının həyatında öz dəsti-xətti olan, yüksək peşəkarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti, hümanistliyi, sadəliyi,dəqiqliyi,təmkinliyi, səmimiyyəti,səmərəli fəaliyyəti, vətənpərvərliyi  işgüzarlığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən  məhsuldar dövrünü ( 31 ildən coxnu)  Daxili işlər orqanlarında  keçirən hörmətli veteranmız -istefada olan polis mayoru   Musa Məmiş oğlu  Əliyevin   sentyabr ayının  20 -də  dünyaya göz açdığı gündür.
     Daimi həyatın  imtahanlarından alnıacıq və üzüağ çıxan-  polis mayoru  Əliyev Musa Məmiş oğlunu belə bir əlamətdar gün münasibətilə doğmaları, əzizləri,yaxlnları, iş və döyüş yoldaşları, həmkarları və dostları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət  olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər. Musa müəllim  qoy   yaşının üstə gələn bu yaş  da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin .
     Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nizami rayon şöbəsinin üzvü- istefada olan mayor Musa  Məmiş oğlu  Əliyev 1964 cü ilin  sentyabr ayının  20- də Qərbi Azərbaycanın Alahverdi rayonunun Böyük Ayrım  kəndində ziyalı və zəhmətkeş bir ailədə anadan olub.
1981-  ci ildə  Qərbi Azərbaycanın Alahverdi rayonunun  Böyük Ayrım kənd orta məktəbini,  1985-  ci  ildə isə Azərbaycan Pedaqoji İnstitutunu bitrib. 
       Musa Əliyev Daxili İşlər orqanlarında xidmət  etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, xüsusi-  taktiki təlimlərdə ,seminar və konfranslarda fəal iştirak etmişdir.
     1985- 1987 ci illərdə  Sovet Ordusunun  Sankt-Peterburq  (kecmiş Leninqrad) şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqqi hərbi xidmətdə  olub.
   1992 - ci ildən  - 2022- ci ilin  sentyabr ayının 20- na kimi  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin  Xızı, Abşaron,  Sabunçu rayonlarında yerləşən Polis şöbələrində və İdarələrində və Daxili İşlər Nazirliyinin xüsusi təynatlı böluyində  müvafiq vəzifələrdə Vətənə və  Xalqa sədaqətlə xidmət etmişdir.
   Azərbaycanın  ərazi bütövlüyü uğrunda  (Zəngilan rayonu istiqamətində ) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Musa Əliyev Azərbaycan Respublikasının Müharibə Veteranıdır.
    Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili işlər orqanlarına  həvalə olunmuş vəzifə və tapşırıqıarın yerinə yetirilməsində, şəhərlərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında, tutulmasında və zərərsizləşdirilməsində,yaşayış məntəqələrində  kütləvi ixtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin olunmasında, eləcədə   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Mayor   Musa Əliyev öz tabeliyində olanlara və bir cox polis əməkdaşılarına Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Polis Andının, Daxili işlər mazirliyinin   post-patrul, intizam və sıra nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq  və sözsüz   yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
    Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və daxili işlər orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə hörmətli veteranımız- mayor Musa Əliyev Daxili İşlər Naziri və onun müavinlərinin, Bakı  şəhər Baş Polis  İdarə rəisinin, rayon polis idarə və bölmə  rəislərinin müvafiq əmirləri ilə  “əla xidmətlərə” əlacı döş və yubiley  nişanı ilə  təltif olunub, bir cox diplomlarla fərmanlarla və qiymətli hədiyyələrlə (pul mükafatı ilə)   mükafatlandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
" Daxili İşlər Nazirliyinin Polis Veteranı" medalı ilə;

2.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal-Daxili işlər orqanlarında 20 təqvim ili xidmətə görə;

3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli  medal-Daxili işlər orqanlarında  15 təqvim ili xidmətə görə;

4.”Qüsursuz  xidmətə görə”  3 -cü dərəcəli medal- Daxili işlər  orqanlarında 10 təqvim ili xidmətə görə. 

60  İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN  MUSA MÜƏLLİM!

 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN  OLSUN!

 100 YAŞA,  SAĞLAM  YAŞA.

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman Musayev

     


Hiç yorum yok:

Yorum Gönder

Pages