TƏBRİK: Mayor Həsənali Abbasov- 54



Tarixdə elə insanlar var ki yada qalır. Belə insanlardan biridə  peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti və səmimiyyəti ilə seçilən - ehtiyatda olan mayor Abbasov Həsənalı  Tofiq oğludur. Sentyabr ayının  8 -də onun dünya göz açdığı gündür .
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor Abbasov Həsənalı Tofiq oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər  Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin  nemət olan möhkəm cansağlığı və uzun ömur arzulayir.
 Mayor Abbasov  Həsənalı Tofiq oğlu  1970- ci ilin sentyabr ayının 8 -də Naxçıvan Muxtar Respublikasının  Babək rayonunun  Cəhri kəndində zəhmətkeş bir ailədə anadan olub.
1987- ci ildə  Naxçıvan Muxtar Respublikasının Babək rayonunun  Cəhri kənd orta məktəbi, 1994 -cü ildə  Naxçıvan Dövlət Universitetini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki -təlim toplanışlarda, müvafiq kurslarda,  xüsusi -taktiki təlimlərdə, komando- qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
 1999-  2019- cu illərdə Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin   Naxçıvan şəhərində yerləşən  Əlahiddə hərbi  hissədə   ( taborda, alayda briqadada ) taqım komandiri və xidmət rəisi vəzifələrində Vətənə və Xalqa sədaqətlə  xidmət  edib.
 Həsənalı Abbasov Naxçıvan Muxtar  Respublikasında  yaradılan özünü Müdafiə dəstələrin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəlmişdir. 
 O,öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın,  hərbi,  daxili işlər nazirliyinin post - patrul , daxili qoşunların isə  döyüş xidməti nizamnamələrin  tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində  daimi mümunə olmuşdur.
 Mayor Həsənalı Abbasov öz  xidməti vəzifələrini və hərbi hissənin   qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə  görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə, əla xidmətlərə  görə əlaçı   və yubiley döş nişanları ilə təltif olunub, bir cox  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları onu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə  müəyyən edilmiş qaydada, Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarına həvalə olunmuş vəzifə  və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizəsində, şəhərlərdə, yaşayış məntəqələrində və  kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə,yaşayış mətəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar,bədbəxt hadisələr, yanğınlar və  təbii fəlakətlər və başqa fövqəladə hallar   (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,  eləcə də   Azərbaycanın ərazi bütövlüyünün təmin  olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
 Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azəraycan Respubilkasının  Silahlı Qüvvələrinin   10 illiyi  ( 1991- 2001)”  yubiley  medalı ilə;
2.”Azərbaycan  Respubilkasının Silahlı Qüvvələrinin  yaranmasının  90 illiyi  ( 1918 -2008)” yubiley  medalı ilə; 
4.”Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin   95 illiyi ( 1918 -2013 ) “  yubiley medalı  ilə;
4.”Azərbaycan  Reslubilkasının Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi  (1918-2018)”
5.”Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
 6.”Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə  15 təqvim ili xidmə görə; 
7."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN   HƏSƏNALI
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
 Azərbaycan Respubikasının Silahlı Qüvvələr  və Müharibə Veteranları  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages