Tarixdə elə insanlar var ki yada qalır. Belə insanlardan biridə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst- xətt olan, ehtiyatda olan mayor Əliyev Hafis Abdürrəhim oğludur.Sentyabr ayının 10-da onun dünya göz açdığı gündür.
Belə bir əlamətdar gün münasibətilə Hafis Əliyevi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin neymət
olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Hafis qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Əliyev Hafiz Abdürrəhim oğlu 1968-ci ilin sentyabr ayının 10-da Cəlilabad rayonunun Məmmədzalı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1985- ci ildə Cəlilabad rayonunun Məmmədzalı kənd orta məktəbini,1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını (alim aqronom ixtisası üzrə ) bitirmişdir.
Mayor Hafis Əliyev Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin Qaraheybətdə birgə təşkil edikləri məktəbdə zabitlərin ixtisas artırma kursunu, ,2001- ci ildə isə Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində böluk komandiri kursunu müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrində təcürbə toplamaq üçün ezam edilmiş zabitlərindən biridə Hafis Əliyev olmuşdur
O,1987 -1989 -cu ilərdə SSRI Silahlı Qüvvələrinin Primorski vilayətində yerləşən hərbi hissələrin birndə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1994 - 1999 -cu illərdə Azərbaycan Ordusunun (Tərtər və Ağdam rayonlarında) döyuş bölgəsində yerləşən hərbi hissələrin birində taqım və böluk komandiri vəzifəsində olmuşdur.
2001 -2017-ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Hacıqabul, Bərdə və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində kiçik komandirlər hazırlayan bölüyün kamandiri, döyuş hazırlığı bölməsində xüsusi təyinatlı bölmələrin hazırlıgı üzrə təlimatcı, tabor komandirnin müavini-qərargah rəisi, hərbi hissənin qəargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifələrində xidmət edib və hərbı hissə komandirinin müavinini -qərargah rəisi vəzifələrini müvəqqəti icra edib.
Hafis Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi hisənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuları, taqım və böluk komandirləri, bölyün baş cavuşları, kiçik komandilərlər və kiçik mütəxəssislərlə komandir, döyuş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin, nümunəvi- köstərici təlimlərin, xüsüsi-taktiki təlimlərin, təlim-metodiki toplanışların yüksək səviyyədə keçirilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Hafis Abdürrəhim oğlu Əliyev öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərini,əmr və sərancamların dəqiq sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Əliyev Hafiz Abdürrəhim oğlu peşəkarlığı,səmərəli fəaliyyəti, humanistliyi,vətənpərvərliyi,xeyirxahlığı, işgüzarlığı,iradi və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirərək,Millətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və xüsusi tapşırıqların yerinə yetirilməsində, cinayətgarlga qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında, mühüm dövlət obyektlərin,inzibatı binaların, xüsusi yüklərin,inzibatı binaların,hərbi şəhərciklərin,maddi-texniki və hərbi təchizat anbarların mühafizə olunmasında,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtşaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və konendat saatı ) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Mayor Hafiz Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirinin (Din-in), Daxili Qoşunlar Komandanı və onun müavinlərinin,korpus və hərbi hissə komandirlərinin və onların müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubley döş nisanları ilə təltif olunub,bir çox (pul mükafatları ilə), fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və digər xidmətlərə görə Azərbaycan Respublikasının prezidenti adından Daxili İşlər Nazırnin müvafiq əmrləri ilə aşağıdakə medallarla təltif edilib:
“Azərbaycan Respubilkasının Sillahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley müdalı ilə;
2.”Azərbaycan Respubilkasının 90 illiy (1918-2008)”, yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 2- ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvil ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN .
HAFİZ!
100 YAŞA, SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder