Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan,peşəkarlığı, sadəliyi,səmimiyyəti,təmkinliyi,dəqiqliyi,vətənpərvərliyi, işgüzarlığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş-istefada olan mayor Elxan Baba oğlu Osmanovun sentyabr ayının 13-də dünya göz açdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alınıaçıq və üzüağ çıxan- istefada olan mayor Osmanov Elxan Baba oğlunu belə bir əlamətdar gün munasbətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Elxan qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin!
mayor Osmanov Elxan Baba oğlu öğlu 1965-ci ilin sentyabr ayının 13-də Qazax rayonun Qaymaqlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1982-cu ildə Qazax rayon Qaymaqlı kənd orta məktəbini, 1989-ci ildə Azərbaycan Texnologiya İnistitutunun mexanika fakültəsini,1998-ci ildə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim və tədris mərkəzində zabit heyətinin hazırlığı və ixtisasartırma kursunu əla qiymətlə (fəriqlənmə diplomlu ilə) bitirmişdir.
1983-1985-ci illərdə Sovet Ordusunun Amur Vilayətinin Uzaq Şərq Hərbi Dairəsində yerləşən məxvi hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətə olub.
1988-1994-cü illərdə Qazax rayonunda təmir -tikinti idarəsində müxtəlif vəzifələrdə,1994 -2002-cü illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhəri və Quba rayonunda yerləşən hərbi hissələrində və Qazax rayonunda yerləşən ayrıca taborda taqım komandiri, böluk komandirinin müavini bölük komandiri və hərbi hissənin Silah xidmət rəisi vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.O, 2002-ci ilin dekabr ayında “Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən “xəstəliyə görə” Daxili Qoşunlardan ehtiyata buraxlıb.
Osmanov Elxan Baba oğlu Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində xidmət etdiyi illər ərzində Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti ilə yaxindan taniş olmaq məqsədilə, Ankara, İstanbul, İzmir, Foce şəhərlərində yerləşən hərbi hissələrdə və hərbı məktəblərdə işgüzar səfərdə olmuş, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir cox təlim-metodiki toplanışlarda, xüsusi-taktik təlimlərdə, müvafiq kurslarda, nümnəvi-göstətici məşğələlərdə,seminar və konfranslarda fəal iştirak edib.
Elxan Osmanov öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbı Andın,hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sösüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvəla olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin,xüsusi yüklərin, inzibatı binaların, maddi-texniki və hərbi təchizat anbarların mühafizə olunmasında,şəhərlərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində patrul-post xidməti vasitəsi ilə ictimai təhlükəsizliyin təmin olunmasında və ictimai asayişin qorunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarışında, tutulmasında və zərərləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (fövqəladə vəziyyət və komendat xidməti) zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində Elxan Osmanov üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
mayor Osmanov Elxan Baba oğlu öz xidməti (ictimai) vəzifələrini və hərbi hissəənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin , təlim-tədris mərkəzi rəisinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlaçı və yubiley döş nisanları ilə təltif olunub,bir çox fərmanlarla ( pul mükafatları ilə ), qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELXAN!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Azərbaycan Resıubilkasının Silahlı Qüvvələr və MüharibəVeteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder