Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında rabitə və Ais xidməti üzrə öz dəst -xətt olan, peşəkarlığı,sadəliyi, səmimiyyəti,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən - ehtiyada olan mayor Elsəvər Əsədovun sentyabr ayının 6 -da dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor Elsəvər Əsədovu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,tələbə yoldaşları, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Elsəvər qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Elsəvər Əsədov 1973 - cü ilin sentyabr ayının 6 - da anadan olub.
Elsəvər Əsədov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə, xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Elsəvər Əsədov Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və Sabunçu rayon məhkəməsının dəftərxanasına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat anbarların mühafizəsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa fövqaladə hallar (fövqalədə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasın üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları Elsəvər Əsədovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.
Mayor Elsəvər Əs5 istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi, Sabunçu rayon məhkəməsinin isə dəftərxanasında işlədiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissə,dayaq rabitə qovşağı qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, şücaət, fədakarlıq göstərdiyinə və digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, orta ixtisas məktəb rəisinin, Sabunçu rayon məhkəmə sədrinin və hərbi hissə komandirin müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə görə bir sıra medallarla, əlacı və yibiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla,diplomlarla, qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELSƏVƏR !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder