24 sentyabr silahdaşlarmızdan biri olan, müharibə veteranı- istefada olan mayor Seyidov Altay Xəlil oğlunun dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan mayor Altay Seyidovu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan uçun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzulayır.
Altay Xəlil oğlu Seyidov 1966-cı ilin sentyabr ayının 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli (əvvəlki adı Əli Bayramlı) kəndində zəhmətkeş bir ailədə anadan olub.
1983-cü ildə Qazax rayonun Aslanbəyli kənd orta məktəbini, 1991-ci ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib.
Altay Seyidov Azərbaycan Respublikasının DİN Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda, Müdafiə Nazirliyinin isə Qaraheybətdə yerləşən zabitlərin təhkimləşdirmə (ixtisas artırma) kurslarını bitrib.
Altay Seyidov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki-təlim toplanışlarında, xüsusi-taktiki təlimlərdə, komando-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Mayor Altay Seyidov 1984-1986-cı illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətə olub. 1991-2002-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Nərmanov, Qazax, Zaqatala, Lənkəran rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində taqım və böluk komandiri, ayrıca yerləşən əlahiddə böluk komandiri, alayın idman və fiziki hazırlıq rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmələrin (dəstələrin) axtarışında və zərərsizləşdirilməsində,qəzaların, bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin və başqa fövqəladə hallar (hərbi və komendant xidməti) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bur çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)” yubiley medalı ilə;
1«Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili qusursuz xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ALTAY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder