Təbrik: Mayor Adil İsmayılov- 55


 

İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun dögum günüdür. Belə insanlardan biridə  peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə seçilən müharibə veteranı - ehtiyatda olan mayor İsmayılov Adil Balaş oğludur. Sentyabr ayının 3-də onun dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor İsmayılov Adil Balaş oğlunu belə bir əlamətdar gün münasibətilə  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Adil  qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş eləsin və hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
 Mayor İsmayılov Adil Balaş oğlu 1969-cu ilin   sentyabr ayının 3-də Yardımlı rayonunun Arus kəndində zəhmətkeş  bid ailədə  anadan olub.
1986-cı ildə Yardımlı rayonun Arus kənd orta məktəbini, 1988-ci ildə Salyan kənd təsərrüfatı texnikomunu əla qiymətlər ilə bitirib.
1988-1990-cı illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Moskva şəhərində yerləşən  tədris alayında  müddətli həqiqi hərbi xidmətdə, 1990-1992-ci illərdə isə həmin hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmuşdur. Xidmətlə yanaşı təhsilini qiyabi davam etdirib. 1992–ci ilin sonunda torpaqlarımızın işğalı ilə əlaqədar olaraq təhsilini yarımçıq qoyaraq Rusiya ordusundan imtina edib, Azərbaycan ordusunda xitmətə gəlmişdir.
1993-1994-cü illərdə  Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrin tərkibində Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə Veteranıdır
1994-2010-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Hacıqabil, və Xəzər rayonunda yerləşən hərbi hissədə və təlim- tədris mərkəzində müxtəlif vəzifələrdə xidmət etmişdir. 1998-ci ildə Türkiyənin Jandarma təşkilatının təşkil etdiyi kursu əla qiymətlərlə, kurs birincisi olaraq bitirmişdir. Kursu əla qiymətlərlə başa vurduğu üçün Daxili İşlər Naziri tərəfindən ilkin zabit rütbəsi verilmiş və qiymətli hədiyyələrlə təltif edilmişdir.
Adil İsmayılov öz tabeliyində olanlara Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən  edilmiş qaydada  Daxili Qoşunlara və hərbi hissələrə həvalə olunmuş vəzifə və tapşırıqıarın yerinə yetirməsində,hərbi təchizat anbarların,xüsusi yüklərin,dövlət əhmiyətli obyektlərin və inzibati binaların mühafizəsində,şəhərlərdə,yaşayış  məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsüzliyin təmin ediıməsində, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında ,tutulmasında və zərərsizıəşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınıar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və  komendant saatı)  zaman hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütovlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları  layiqincə yerinə yetirmişdir.   
Öz xidməti vəzifələrini və hərbi hissə  qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə, Daxili işlər nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirinin  müvafiq əmirləri ilə əla xidmətlərə  görə  əlaçı  və yubiley döş nişanıları  ilə təltif olunub,bir cox fərmanlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb,  ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
  1.”Qüsursuz xidmətə görə” 1 dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə”  2 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim  ili xidmətə görə;
4.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”  yubiley medlalı  ilə;
 5.”AzərbaycanRespubilkası Silahlı Qüvvələrinin   90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Mayor Adil İsmayılov 2010-cu ildə Silahlı Qüvvələrə  ehtiyata buraxıldıqdan sonra Müdafiyə Sənayesi Nazirliyinin müəsisələrinin birində mühəndis–sınaqçı, daha sonra sınaq sahəsinin rəisi vəzifəsində çalışır. 44 günlük Vətən müharıbəsi zamanı Müdafə Saneyisi Nazirliyində istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə Dövlət Sərhəd Xidmətinin və Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.
YUBİLEY  GÜNÜN MÜBARƏK OLSUN ADİL!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages