Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəsti-xətti olan, peşəkarlığı, gözəl nitq qabiliyyəti,səmimiyyəti, sadəliyi, dəqiqliyi, təmkinliyi,işgüzarlığı, vətənpərvərliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı həyatının 16 - ildən çoxunu hərbi xidmətə həsir edərək şərəfli yol keçmiş, Azərbaycan Respublikasının Müharibə Veteranı- istefada olan kaptan Zeynalov Xoşbəxt Xankişi oğlunun sentyabr ayının 26- da dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, istefada olan kaptan Xoşbəxt Zeynalovu 26 sentyabr doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefad olan zabitləri, doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Xoşbəxt qoy yaşnızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Kaptan Zeynalov Xoşbəxt Xankişi oğlu 1959 – ci ilin sentyabr ayının 26 -da Ağdam rayonunun Əliağalı kəndində zəhmətkeş ailədə anadan olub.
1976-cı ildə Ağdam rayonunun Əliağalı kənd orta məktəbi bitirib.1982 -ci ildə Ağdam Texniki Peşə məktəbini bitirdikdən sonra, Şuşa Kənd təsərrüfatı texnikonunda təhsil alıb.1985- ci ildə SSRİ Daxili Qoşunlarının Tiflis şəhərində yerləşən tədris hərbi hissəində gizlər hazırlayan məktəbi bitirmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1978- 1980 -ci illərdə Sovet Ordusunun Amur Vilayətində (Xabarovski və Primorski diyarlarında) yerləşən Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətə olub.
1982- 1991- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən konvoy- mühafizə hərbi hissəində qarovul rəisi və taqım komandirinin müavini vəzifələrdə işləyib.
1992- 1996 -ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarının Ağdam və Füzuli rayonlarında və yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandiri, tabor komandirinin müavini - tabor qərargahının rəisi vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib.
Xoşbəxt Zeynalov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və digər təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və taşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirıərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və isıah -əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa hərbi və fövqəladə vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları təltif edilib, pul mükafatları ilə, bir şox fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində xidməti vəzifə borclarını yerinə yetirərkən rəşadət göstərdiyinə və fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”SSRİ Silahlı Qüvvələrinin 70 iliyi (1918-1988)
yubiley medalı ilə.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN XOŞBƏXT!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Calal oğlu Musayev
Hiç yorum yok:
Yorum Gönder