Tarixdə elə insanlar var ki ,həmişə yada qalır. Belə insanlardan biridə peşəkarlığı, hümanistliyi, səmimiyyəti və mənəvi keyfiyyətləri ilə seçilən, müharibə veteranı- istefada olan kapitan Həsənov Sədi Aydın oğludur.Sentyabr ayının 5- də onun dünya göz açdığı gündür .
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı - ehtiyatda olan Sədi Həsənovu belə bir əlamətdar gün münasibətilə, Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları, iş və döyüşcu yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Sədi qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin
Müharibə Veteranı- ehtiyatda olan kapitan Həsənov Sədi Aydın oğlu 1974 -cü ilin sentyabr ayının 5 -də Qərbi Azərbaycanın, Zəngəzur mahalının Meğri rayonunda zəhmətkeş ailədə anadan olub.
1988 -ci ildə Qərbi Azərbaycanın Zəgəzur mahalının Meğri rayonunda orta məktəbin 8 (səkkizinci) sinfini, 1991 - ci ildə Bakı şəhərində 238 saylı tam orta məktəbi, 1998 -ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını, 2000 - ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim və tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitrib . O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə kecirlən bir cox metodiki- təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1992 - 1994 - cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə və Füzuli rayonlarında yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanıb.
Kapitan Sədi Həsənov 1994- 1998 -ci illərdə Daxili işlər Nazirliyinin Polis Akademiyasında ali təhsil alıb.
1998- 2007 - ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xacmaz (Yalama qəsəbəsində) və Nərimanov rayonunlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.
2007- ci ildə Xəstəliyi ilə əlaqədar Daxili işlər Nazirliyinin Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxlıb.2010 - cü ildən etibarən Özəl sahədə müvafiq vəzifələrdə işləyir.
Sədi Həsənov Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümünə olmuşdur.⁰ğ
Hərbi yoldaşları Sədi Həsənovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyən olunmuş qayda da Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, kütləvi iğtişaşların qarşısının alınmasında,hərbi təchizat anbarların,xüsusi yüklərin, mühüm dövlət obyektlərin və inzibatı binaların mühafizəsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti və ictimai vəzifələrini, hərbi hissə və polis akademiyası qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, polis akademiya rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. SƏDİ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder