Təbrik: Kapitan Hamlet Abbasov- 52



  
Peşəkarlığı, humanistliyi, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş ehtiyatda olan  kapitan Hamlet  Abbasovun  sentyabr  ayının 12 - də dünya göz açdığı gündür. 
 Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan,Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan-  ehtiyatda olan kapitan Hamlet Abbasovu belə bir əlamətdar gün münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınları,tələbə  və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Hamlet  qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.
Kapitan  Abbasov  Hamlet Qurban  oğlu  1972-ci ilin  sentyabr  ayının 12- də  Gəncə  şəhərdə zəhmətkeş bir   ailədə
 anadan olub.
1986 - cı ildə  Gəncə şəhər 16 saylı   tam orta məktəbi,1994-ci ildə   Kənd Təsərrüfatı Akademiyasını, 2000 -ci ildə isə   Daxili Qoşunların Bas İdarəsinin  Xəzər rayonunda yerləşən  təlim- tədris mərkəzində  zabitlərin ixtisas artırma kursunu bitrib.
Kapitan Hamlet Abbasov  Hikmət Məmmədov 1994-2004-cü illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gəncə şəhərində, Hacqabul  və  Xətai  rayonlarında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə Millətə, Vətənə  və Xalqa  sədaqətlə xidmət edib.
2009-2023-cü illərdə  “Azəralüminim MMC-nin Gəncə  İstehsalat  kompleksində  və  “NB Satın alma və Ticarət” Gəncə  mərmər və qranit zavodunda  təhlükəsizlik  xidməti üzrə müfəttiş və şöbə rəsi  vəzifəsində çalışıb. Hal- hazırda  Müdafiə Nazirliyinin Bakı Qarnizonu  üzrə  (Zığda  yerləşən) 10 saylı  mənzil istismar  sahənin rəsi vəzifəsində işləyir. 
Hamlet  Qurban oğlu   oğlu  Abbasov  Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin eləcə də  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin   dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olmuşdur.
Kapitan Hamlet Abbasov  Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrdə keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir. 
Kapitan Hamlet Abbasov  Qanunvericiliklə  müəyyən edilmiş qaydada  DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində və islah əmək- müəsisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər  və başqa  fövqalədə hallar (fövqaladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, Füzuli  rayonunda dövlətin ərazi bütövlüyünün təmin olunmasında,Zakatala, Balakən və Qazax rayonlarında  və Gəncə şəhərində isə  keçirilən xüsusi  əməliyyatlarda   üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümünəvi xidmətinə  görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə əlaçı   və yubiley döş  nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,
 xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə kapitan  Hamlet Abbasov  oğlu bir sıra medallarla   təltif olunub.
Hərbi və iş yoldaşları Hamlet Abbasovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  HAMLET!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
   
   

Hiç yorum yok:

Yorum Gönder

Pages