Təbrik: Bəxtiyar İsgəndərov -51



    
 İnsan üçün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.  Belə insanlardan biri də  peşəkarlığı,  humanistliyi,vətənpərvərliyi,işgüzarlığı,mənəvi keyfiyyəti, nəzəri və praktiki biliyi ilə seçilən ömrünün ən  məhsuldar dövrünün 20 ildən çox şərəfli   xidmət yolunu hərbi xidmətdə keçirmiş, müharibə veteranı- istefada olan baş-leytenat Bəxtiyar Əzim oğlu  İsgəndərovdur. Sentyabr ayının  10 -da onun dünya göz açdığı gündür.

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan baş leytenat  Bəxtiyar İsgəndərovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları, iş və döyüşcü yoldaşlar  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin  nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Bəxtiyar qoy yaşının üstə gələn bu yaş da  sənə sevincdolu illər bəxş etsin və hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
      
İstefada olan baş- leytenat  Isgəndərov Bəxtiyar Əzim oğlu  1973 - ci ilin  sentyabr ayının 10 - da Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
       
1990 - cu ildə  Bakı şəhər Xəzər rayonunda  tam  orta məktəbi, 1996- cı  Bakı İnşaat Texnikomunu,  1998 - ci ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının döyüş hazırlığı idarəsinin Xəzər rayonunda  yerləşən təlim və tədris mərkəzində zabit heyətinin ilkin hazırlığı kursunu bitrib.  O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir çox   təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.  Hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul və İzmir şəhərlərində yerləşən hərbi hissələrində və məktəblərində işgüzar səfərdə olub.
     
1991- 2013 cü illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin  Ağdam, Ağdərə, Füzuli,  Binəqədi,  Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində əsgər,  taqım komandiri  və böluk komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində xidmət edib. Hal -hazırda  Bakı şəhər Binəqədi rayonunun Vahid Əzimov adına 30 nömrəli tam orta məktəbdə  Gənc Çağırışçıların Hərbi hazırlığı  fənni  üzrə müəllim işləyir.
     
 Hərbi yoldaşları  Bəxtiyar Isgəndərovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta  və digər təhsil müəsissələrində, istərsədə xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
      Öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların  dəqiq və sözsüz  yerinə yetirilməsi i işində daimi nümünə olmuşdur.
     Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər nazirliyi  Daxili Qoşunlarına həvalə edilmiş vəzifə  və tapşrıqların yerinə yetirilməsində, şəhərlərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində   ictimai qaydanın qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadissələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zaman rejim  karantin tədbirlərin  həyata keçirilməsində, eləcə də   Azərbaycan Resıubilkasının ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
        
 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə bir çox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə, əlaçı   və yubiley döş nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
       Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Reslubilkasının Silahlı Qüvvələrinin  10 illiyi ( 1991 -2001)” yubiley  medalı ilə;

2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi  ( 1918- 2008)”  yubiley medalə illə;

3."Qüsursuz xidmətə görə”2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə -15 təqvim  ili xidmətə görə;

4.”Qüsursuz xidmətə görə”3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. BƏXTİYAR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages