Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə indiyədək 40 mlrd. kubmetrə yaxın qaz nəql olunub.
Xezerxeber.az xəbər verir ki, bu barədə TAP-ın İcraçı Direktoru Luka Şipati (Luca Schieppati) İtaliya Enerji Sammiti zamanı bildirib.
“TAP 40 mlrd. kubmetrdən bir qədər az qaz nəql etməklə Avropanın tədarükünün təhlükəsizliyinə zəmanət verib”, - Luka Şipati qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan həcmin 32,8 mlrd. kubmetri İtaliyaya nəql olunub. TAP 15%-dən çox payla İtaliyanın ikinci qaz idxalı mənbəyidir.
TAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin (CQD) Avropa qoludur.
Hazırda TAP-ın səhmdarları bunlardır: BP - 20%, SOCAR (CQD) - 20%, “Snam S.p.A.” - 20%, “Fluxys” -20%, “Enagás” -20%.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Hiç yorum yok:
Yorum Gönder