Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib



İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin təmizliyinin təmini məqsədilə müvafiq tədbirlər görülür.

Bu barədə "Bakmiltv.info"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının aidiyyəti qurumlarla keçirdikləri birgə tədbirlər zamanı məişət tullantılarının atıldığı ərazilər müəyyən edilib. Həmin ərazilərdə təmizlik işləri görülüb, cavabdeh şəxslərlə profilaktiki söhbətlər aparılıb. Təmizliyə riayət edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Polis əməkdaşları tərəfindən son 2 ay ərzində rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması üçün 64 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Hiç yorum yok:

Yorum Gönder

Pages