Siyasi meyidlərin «böyük söyüş inqilabı»



Xaqani Ədəboğlu, Azərbaycanın ilk döyüşçü-jurnalisti



Son zamanlar, 1988-ci ildə zorən «istixanada yetişdirilmiş» köhnə yelpənək xiyarları hər iki cəbhədə xeyli fəallaşıblar. Özü də köhnə ədayla xalqı meydanlara səsləyirlər ki, bəs çıxın meydana, o hakimiyyət «cananını» alıb verin bizə. Vay siz öləsiniz!
İllərcə bu qəfil ortaya çıxarılmış zatların mahiyyətini axtarırdım və bu günlərdə bir müsahibə aldığım şəxs çox gözəl şərh etdi ki, bunlar yalnız pozuculuq üçün proqramlaşdırılmış şəxslərdir. Onlar istəsələr belə quruculuq və birlik iştirakçıları ola bilməzlər. Çünki onların bir missiyası var — POZUCULUQ!
Onların mikrobuyla cücərdilmiş «siyasi göbələklər» də milli zəmində olan hər şeyə qarşıdırlar. Onlarla əkslik təşkil edənlərə gücləri yetməyəndə bir-birini yeyərlər. Diqqət yetirin. 
Zamanında eyni səfdə dayanmış adamlar bir-biriləri haqqında nələr danışırlar. Əslində onlar bir-birini tanıdıqları üçün düz danışdıqları yeganə sözlər elə bu sözlərdir.
Bir Nemət Pənahov var. Bu zavallı «marionetka» hələ də qanmayıb ki, kəndirsiz marionetka gülünc görünər. Hələ də bu binəva düşünür ki, xalq bunun dalına düşübmüş. Hələ də anlamayıb ki, fəhlə hakimiyyətini yıxmağa qalxan xalqın faciəsi, elə bir fəhlənin keçdiyi «bədən tərbiyəsi» məşğələsiylə başladı. Bu düşük adam, hələ də anlamayıb ki, anormal adamları ortaya çıxaran düşmən xəfiyyələri idi, yoxsa cəmiyyətdə tanınmayan birilərinin 40 günə «yetişdirilməsi», yalnız Moskva bazarlarında erməni baronların sifarişi idi. Bu gün bu işi xiyar satanlar daha yaxşı bilirlər. Bu utanclardan yox olmaq əvəzinə, həyasızcasına xalqa çağırış edir, bu məhvində baltayla iştirak etdiyin xalqın kəsilməyə heç harası qalmayıb.
Bir Surət Hüseynov adında bir «badımcan» var. Deyir ki, Qarabağda 220 kəndi azad edibmiş. Amma bir döyüşçü çıxıb demir ki, ay uybala, mövcud duruma görə o boyda kənd azad etsəydin, indi bayrağımız hesabla Qafanda, Gorusda asılmalıydı. Vur-tut 4 iri miqyaslı əməliyyat hazırlandı və sənin kimi xain «Seyfəlidə hərbi-təlim» adıyla xəyanət edib ön mövqeləri tərk etdin. Ona görə qardaşın Köçəryan səndən misal gətirir.
Hələ Avropanı bay edib oraya da «Freedom» aparan Qurban Məmmədovun açdığı «tövbə ruporuna» uysaq, «günahsız» Elçibəyin ətəyində namaz qılanlar, heç soruşmazlar ki, postu iznsiz tərk edən əsgərin cəzası ölüm olan bir müharibə şəraitində Komandanın cəzası nə olmalıydı?
Pənah Hüseyn Qarabağı almaq istəyirmiş. Özü də Rəhimlə birgə. Hələ sonunu planlamağa başınız yoxdusa, niyə təhcizatsız əməliyyat keçirib mənfur düşmənə pas atdınız və nəticədə 20% torpağımızı əldən verdik?
Elə — bilmən ki, indi ağıllanmışam, hələ 1992-ci ildə may ayında hospitala bizə baş çəkməyə gələn R.Qazıyevi öz «Xlebniki» Etibar Məmmədovla birgə qovduq. O işi mən təşkil etdim. Çünki onların ikisi də eyni cür xaindilər. Bunu o dövrdə yatan yaralı qazilərimiz yaxşı bilir. Bəhmən Qurbanov, Malik, Asəf Əliyev və başqaları yəqin ki, unutmayıblar. Amma nə edək ki, xalqımız söyüd ağacından banan yığacağına inanmışdı. Hadisədən sonra yanıma gələn hospitalın rəisi dedi ki, sən jurnalistsən, hərbi vəziyyətdə nazirə qarşı çıxmağın cəzasını bilirsənmi? Dedim ki, cənab polkovnik, mən yaxşı bilirəm, amma o zavalı, heç əsgərlikdə də olmayıb, o, bilməz!
Hələ bir qaraçı dəstəsi kimi Avropada oturub ölkəmizə qarşı, onun rəhbərinə qarşı nifrinlər yağdıran qara-güruh, heç ətraflarında bir erməninin öz ölkəsi əleyhiinə mitinq keçirməsini, yaxud da ölkələrinin liderlərini söydüklərini görüblərmi? Əsla!
Əlbəttə ki, ölkədə rüşvət, monopoliya, erməniəsillilərin və onlara xidmətçi kolonun hakimiyyət qollarına sızması faktlarını sadalayacaqlar. Doğru, bəs niyə bircə faktı bu günədək ictimailəşdirməmisiniz? Niyə bircə müxalifət lideri, bu günədək, Ermənistan, yaxud erməni əleyhinə prezident İ. Əliyevin antierməni bəyanatlarına uyğun bircə bəyanat səsləndirməyiblər? Üstəlik, prezidentin bəyanatını pisləyiblər. Çünki «kişilər demokratmışlar». Batsın sizin demokratiya. 
Hələ də 90-cı illərin xülyasıyla yaşayanlar inqilab, xaos həsrətindədirlər. Xalq artıq anlayıb ki, inqilab vasitə deyil. List yazırdı ki, ingilislər dünyanın ən ağıllı xalqıdır. Yalnız onlar heç bir inqilab etmədən islahatlar yoluyla elə etdilər ki, kral yaxşılıq etməyə qabil, pislik etməyə isə gücsüz oldu. Bu gün də İngiltərənin kralı var. Yaşasın Kral!
Düşünməyin ki, mən günümüzün reallığına uyğun bir «trolluqla» məşğulam. Mənim əzəlindən iqtirdan xoşum gəlməz, müxalifətdən isə zəhləm gedər. Amma gerisini dinləyin. Bu gün rüşvət alıb monopolist olan hər bir məmur sadalananlardanm da təhlükəli və xaindirlər. Dövlətin strateji qoluna sızmağı bacarmış erməniəsillilərin günbəgün boyu artır. Onların deşifrə edilməsi vacibdir. Günümüzdəki bütün anti xalq və anti milli qərarların ortaya atılması onların əl işləridir. Dövlətimizin nüfuzdan salınması, ölkə rəhbərinin imicinə ciddi surətdə zərbələr vurulması və əsli olmayan informasiyaların sızdırılması da onların əl işləridir. Qısa müdətli aprel döyüşləri zamanı, birinci Qarabağ savaşı zamanında olduğundan daha dəhşətli mövqelərə gəldiklərini gördüm.

İslahatçılıq üçün mitinqlər, inqilablar deyil, ağıl tələb olunur. Hər cür hakimiyyət ən azı öz sambalını və müddətini daha uzunömürlü etmək üçün daha əlverişli olan belə tələbləri qəbul edər.
Hakimiyyətdə də yeni ağıllara ehtiyac var. Yoxsa söyüşcül birinin səviyyəsinə enib onunla söyüşmək öncə dövləti nüfuzdan salır. Ağıllı hakimiyyətlər qarşı tərəfi arqumentsiz qoymaqla onu məğlub edir. Fransada «sarı jiletlilər»dən ibrət götürən Almaniya bu hərəkata başlamaq istəyən qarşı tərəfin arqumentini 2 sent yanacağı endirməklə əlindən aldı. 2 sentin davası isə Fransaya 10-12 sentə başa gəlməsi göz önündədir. Bəli bizim hakimiyyətin məlum kolona işləyən üzvləri yanlış olaraq qarşıdurmaya meyl yaradan bir priyom işlətməkdədirlər: «Şikayətlərə baxılmır və guya kiminsə şikayətini həll etsələr prisedent yaranar».
Öncə bu üslub aradan qaldırılmalıdır, çünki ölkə başçısı dəfələrlə belə məmurları «qudurğanlıqda» günahlandırıb…
Bilin ki, veteranlar bu cür xaosa bir daha bu ölkədə yol verməyəcəklər. Beləliklə, «siyasi meyidlərin (leşlərin də demək olar) Böyük Söyüş İnqilabı»nı baş tutmamış sayın və ağlınızı itiləyin…

Hiç yorum yok:

Yorum Gönder

Pages