Şəhid Hamletin əzi xatirəsinə bibisinin adından.



Hər dəfə bu qəmli payız gələndə,
Yenidən qanayır yaram sinəmdə,
Mən yaşamaq eşqin tapmışdım səndə,
Məni yarı yolda qoydun Hamletim.

Balam deyib ürəyimə basmışdım,
Həvəsimdən qanad açıb uçmuşdum,
Sevincimdən sanki,işıq saçmışdım,
Ürəyimin başın soydun Hamletim.

Söz vermişdin tut ağacı altında,
Toy mağarı quracaqsan  qayıdanda,
Yarım qaldı peymanın da,andın da,
Bu həyatdan nə tez doydun Hamletim.

Qorumuğa getdin ana vətəni,
Dedin Yurdum darda,çağırır məni,
Bibin qurban yola salanda səni,
İçimin harayın duydun Hametim.

Geri döndün bir də sarıldın mənə,
Dedin ki,qəm etmə qurbanam sənə,
Biz gedək ki,sahib çıxaq Vətənə,
Sən gəlmədin,Şəhid oldun Hamletim.

İndi də ürəyim dolanda hərdən,
Gəlib məzarınla danışıram mən,
Qanınız yerdə qalmadı bilirsən,
Yəqin ki,cənnətində sevinirsən.

Bilirəm Tanrının dərgahındasan,
Hər zaman ruhunla məni duyursan,
Salam söylə Şəhidlərə sənə qurban,
Bilim unutmarıq sizi heç zaman.





Şəhid Hamletin əzi xatirəsinə bibisinin adından.

Müəllif:Sahibə Rəşid.

Hiç yorum yok:

Yorum Gönder

Pages