Sentyabrın 5-i Beynəlxalq Xeyriyyəçilik Günüdür



Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 5-i dünyanın çox ölkələrində Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd edilir. Onun bayram etməsi barədə qərar 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında çıxarılıb.

AZƏRTAC Golos.ua agentliyinə istinadla xəbər verir ki, həmin tarixin 1997-ci il sentyabrın 5-də vəfat edən Tereza Ananın ölümü günü ilə eyni günə düşməsi heç də təsadüfi deyil. Onun Hindistandakı fəaliyyəti böyük xeyriyyəçiliyin və dünyada yoxsulluğun aradan qaldırılmasının inkişafına böyük təkan verib, 45 il ərzində dünyanın müxtəlif ölkələrində göstərdiyi xeyriyyə işlərinə görə 1979-cu ildə Tereza Ana Nobel Sülh Mükafatına layiq görülüb.

Beynəlxalq Xeyriyyəçilik Günü BMT-yə üzv olan ölkələrdə qeyd olunur. Onun qeyd edilməsinə Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb.

Çox vaxt xeyriyyəçilik yetim, xəstə və evsiz-eşiksizlərə göstərilən yardım kimi başa düşülür. Lakin xeyriyyə tədbirləri həm də tarixi abidə və məbədlərin bərpasını, təhsil və müalicə müəssisələrinin təchizatına, habelə digər məsələləri də əhatə edir. Göstərilən xeyriyyə tədbirləri nəticəsində insanların həyatında yaxşılığa doğru yaranan dəyişiklik, onlara bəxş olunan sevinc hissi onu ümumdünya bayramına çevirib.

Xeyriyyəçiliklə lap əvvəllərdən məşğul olublar. Məsələn, dahi A.Eynşteyn öz avtoqraflarını simvolik olaraq 1 dollara paylayırdı, pərəstişkarları 5 dollar ödəməklə ondan avtoqraf alırdılar. O, bundan əldə etdiyi vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Qərbdə ən böyük xeyriyyəçilərdən hesab edilən B.Qeyts xeyirxah məqsədlər üçün 30 milyard dollar xərcləyirdi. Amerika milyarderi Rokfeller də xeyriyyə işlərinə xeyli vəsait ayırırdı.

Hiç yorum yok:

Yorum Gönder

Pages