Vətən müharibəsində şəhadətləri ilə tarix yazan və adları tarixə yazılan igid oğullarımızdan biri də şəhid zabitimiz Rəşad Quliyevdir. O, 23 sentyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Əslən Quba şəhərindəndir. 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Ordusu sıralarında “leytenant” rütbəsində motoatıcı taqım komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.
37 illik ömrünün 15 ilini cəbhə bölgəsində, səngərlərdə keçirən Rəşadın ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə qatılmaq, qalib gəlmək olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirəndə məzun albomuna da ancaq Qarabağla bağlı arzularını yazıb.
Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl qəhrəmanlıqlar, şəxsi rəşadət və şücaət nümunələri göstəriblər.
Hərbi əməliyyatların başlamasına bir neçə gün qalmış polkovnik-leytenant əsgərlərinə son tapşırığını verib:“Xidmət etdiyim 15 il boyunca bir əsgərimin belə burnu qanamayıb. Çünki nizam-intizamlı olublar, siz də belə olun, verilən tapşırıqları dəqiq yerinə yetirin. Biz döyüşməliyik, qalib gəlməliyik ki, illər sonra balalarımız, qardaş və bacılarımızın övladları bizimlə fəxr etsinlər. Elə yaşayın ki, sizdən sonra gələcək nəsillər sizə oxşamaq istəsinlər”. Bir də anasına, həyat yoldaşına mesaj göndərib: ”Şəhidlik hər oğula qismət olmur, şəhid olsam, məğrur dayanın...”
Dostları danışır ki, Rəşad bu illər ərzində saysız-hesabsız kəşfiyyat əməliyyatlarına gedib. Hətta darıxanda işğal altında olan kəndlərdən birinə gedərək, divarlara, yerə öz adını yazıb, şəkilləri dostlarına göndərərmiş. Məhz belə qorxmaz hərəkətlərinə görə ona “Canavar” ləqəbi veriblər.
Anası Mətanət Quliyeva deyir ki, atası Rəşada hərbçi olmağı vəsiyyət edibmiş: “Ölümündən üç gün əvvəl Rəşad və qızlarımla bağlı arzularını söylədi. Dedi ki, qoy Rəşad hərbçi olsun, kişi kimi böyüsün, kişi kimi də yaşasın. Mən də onun son arzusunu yerinə yetirdim, Rəşadı hərbi məktəbə yazdırdım. Elə Rəşad özü də hərbçi olmaq istəyirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə imtahanda yüksək bal topladığına görə birbaşa ikinci kursa getdi. Sonra Ali Hərbi Məktəbə qəbul oldu. Ali Məktəb tərəfindən təqdim edilən Fəxri Fərmanda yazılıb ki, Quliyev yüksək bal toplayaraq rekordunu yeniləyib. Ali Məktəbdən sonra bir il də əlavə kurs keçib. Bundan sonra 6 il cəbhə bölgəsində xidmət edib. Rəşad “Aprel döyüşləri”nin, Lələtəpə əməliyyatlarının iştirakçısı olub...
"...Avqustun 3-də xidmətini başa vurub təqaüdə çıxmalı idi. Sevinirdim, övladımın üzünü doyunca görəcəkdim. Ancaq dedi ki, müharibə başlayır və çoxdandır bu günü gözləyir, təqaüdə çıxa bilməz. Nə bayramlarda, nə ad günlərimizdə yanımızda olurdu.Təsəvvür edin ki, bacısının toyunda iştirak edə bilmədi. Bacısı oğlunun kiçik toy məclisini Murovdağdan təbrik etdi. Rəşadın söhbətinin əvvəli də, axırı da Qarabağ idi. "- Sonuncu dəfə danışanda hamıya sözü bu olub ki, "yaxşı xəbərlər olacaq, bir az səbr edin". Dostlarına deyib ki, "tezliklə ya qəhrəman, ya şəhid kimi geri dönəcəyəm" , siz həyəti abadlaşdırın, təmizlik aparın. " - şəhid anası deyir.
Dostları Rəşadın yarı zarafat, yarı ciddi söylədiklərinə əməl edərək, dəfnindən sonra həyəti abadlaşdırıblar. Xatirəsinin əbədiləşdirilməsi üçün bulaq-abidə ucaldılıb. Rəşad məhəllə dostlarından şəhid general Polad Həşimovun məzarına gül aparılmalarını da xahiş edibmiş. Mətanət xanım deyir ki, Rəşad 2 ilə yaxın Müdafiə Nazirliyində Polad Həşimovla birgə işləyib: “O, generala “Paşam” deyə müraciət edirdi. Polad Həşimovun ölümü Rəşadı çox sarsıtmışdı. Deyirdi ki,müharibə başladı, torpaqlarımız azad edilir, Paşamın arzusu da yerinə yetir”
Rəşadın Dərya və İncə adlı iki qız övladı var. Hərbi əməliyyatların başlanmasına bir neçə gün qalmış Bakıya qayıdıb, bu il birincə sinfə gedən qızları üçün məktəbli ləvazimatları alıb. Lakin onların əlindən tutub məktəbə apara bilməyib, yenidən cəbhə bölgəsinə qayıdıb. Anası Mətanət xanım deyir ki, Rəşadın atasına da övladını birinci sinfə aparmaq qismət olmayıb. Ancaq qızları ilə söhbət edib, yaxşı oxumalarını tapşırıb.
Anası Rəşadın şəhid xəbəri aldığı günü belə xatırlayır: “Gəlinim və nəvələrim Rəşada verilən xidməti evdə yaşayırlar. Gəlinim işdə olanda nəvələrimə mən baxırdım. Oktyabrın 7-də qapı döyüldü, tanımadığım bir oğlan məndən Rəşadın bu evdə yaşayıb-yaşamadığını soruşdu. Anası olduğumu dedim. Nə baş verdiyini xəbər aldım. Heç bir açıqlama verməyib getdi. Mən də ayaqyalın onun arxasınca düşdüm. Həyətə toplaşanlar vardı. Elə o zaman başa düşdüm ki, nəsə xoşagəlməz hadisə baş verib. Haray saldım. Ha səslədim, oğlum səsimə səs vermədi. Ancaq indi düşünürəm ki, Rəşad döyüşə hazırlaşarkən şəhid olacağını bilib. Maşını satıb, banka olan kredit borcunu tam ödəyib, az qala bütün qohumlarla, tanışlarla halallaşıb. Həyat yoldaşına deyib ki, ola bilsin tikəm ələ gəlməsin, amma heç zaman Allaha qarşı üsyan etmə . Mən bu müharibəni illərdir gözləyirəm. Başını dik tut ki, qızlarım da vətənə layiqli övlad kimi böyüsünlər”.
2020-ci il oktyabrın 7-də şəhidlik zirvəsinə ucalan tabor komandiri həm sağlığında, həm də ölümündən sonra dövlət səviyyəsində yüksək qiymətləndirilib, döyüş orden və medalları ilə təltif olunub.
2008 - ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" , 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 2014-cü ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli , 2016-cı ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları, 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, 2019-cu ildə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilib.
Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşad Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" dalı ilə təltif edilib.
Rəşad çox sevdiyi generalı Polad Həşimovun yanında, II Fəxri Xiyabanda dəfn edilib.
* * *
2021-ci ilin sentyabrın 23-də Suraxanı rayonu, Zığ qəsəbəsində Azərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Rəşad Quliyevinadına bulaq və parkın açılışı olub. Açılış mərasimində Suraxanı rayonun icra başçısı Əziz Əzizov, Suraxanı rayonu, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhidin anası Mətanət Quliyeva, bacısı Nərmin Məmmədova, dostları və yaxınları iştirak ediblər. Açılış mərasimində çıxış edənlər şəhid Rəşad Quliyevin şücaəti və keçdiyi döyüş yolundan danışıblar.

Hiç yorum yok:
Yorum Gönder