Paytaxtda ət qıtlığı yarandı: “Kilosu 20 manat olacaq”



Son günlərdə paytaxtda bəzi yerlərdə ət qıtlığı ilə bağlı narahatlıq yaranıb.

Nizami rayonunda yaşayan sakinlər qeyd edir ki, bir gündə bir neçə ət dükanın boş görüblər.

“Metronun Qara Qarayev stansiyasının yanında da bir neçə qəssabdan soruşduq, dedilər ət qalmayıb. Həmişə günorta saatlarında ət bol olardı, indi qəhətə çıxıb”, - deyə paytaxt sakini əlavə edib.

Qəssablar isə qıtlığın səbəbini qiymət artımı ilə əlaqələndirirlər. Onlar qeyd edirlər ki, qiymət artımı satışa təsir göstərib. Bu səbəbdən də indi daha az ət kəsilir.

Ümumiyyətlə, son günlər ətin qiymətində də bahalaşma müşahidə edilir. Belə ki, əvvəllər ətin qiyməti bir il əvvəl 15-16 manat idisə, indi 20 manat olub. Quzu ətinin qiymətinin isə 19-21 manat arasında dəyişdiyi bildirilir. 

Yeri gəlmişkən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib.

Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 faiz), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 faiz) çoxdur. 

2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində (148 milyon manat) 41 708 ton ət idxal olunub.

Ət idxalı dəyər ifadəsilə 2.9% artıb, miqdar ifadəsilə 6.4% azalıb. 2022-ci ildə Azərbaycana 84 milyon 264 min dollar dəyərində 44 573 ton ət idxal olunub. 

1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1890 dollardan 2080 dollara çatıb (190 dollar  artım). Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.50%-ni təşkil edib. azal vakansiya

Hazırda ət idxal etdiyimiz əsas ölkələr Rusiya, Gürcüstan və Qazaxıstandır.

Azərbaycan ət və ət məhsullarının istehsalı getdikcə azalır. Belə ki, 2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 647,7 min ton ət, 2284,0 min ton süd, 2188,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub. 

Dövlət Statistika Komitəsinin xəbərinə görə, 2022-ci illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 8,4 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,9 faiz azalıb. 2023-cü ildə hər inək və camışdan orta hesabla 1746 kiloqram (2022-ci ildə 1731 kq) süd sağılıb.

İlkin məlumatlara əsasən, 2024-cü il yanvarın 1-dək ölkə üzrə 7081,6 min baş qoyun və keçi, 2502,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1235,5 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,4 faizini inək və camışlar təşkil edir.

Məsələ ilə bağlı fikirlərini "Cebheinfo.az"-a açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dünyada, o cümlədən də Azərbaycanda qıtlığı daha qabarıq hiss edilən ərzaq növündən biri ətdir:

“Məhz ölkəmizdə ətin qıtlığı neçə illərdir ki, davam edir. Tələbin çox, təklifin az olmsına görə ilbəil ətin qiyməti bahalaşır. İdxal edilən heyvanlarını da bura daxil etsək, qiymətlərin hələlik sabit olduğunu söyləyə bilərik.

Mövsümlə bağlı damazlıq heyvanların dölvermə vaxtına yaxınlaşırıq. Dölvermə dönəmində doğulan quzular ölkənin ət təminatını qarşılayır. Bu ilin mart ayından isə dölvermə dayanıb. Ötən ilin noyabrından bu ilin martına kimi doğulan quzular hazırda bazarda satışdadır. Fermerlərin ehtiyatları kifayət qədər azalıb, tələb isə artıb".

Ekspert vurğulayıb ki, məhz kəsimə gedən heyvanların sayının azaldığı üçün tələbat tam qarşılanmır:

"Bundan dolayı qiymətlərin bahalaşması prosesi izlənilir. Qəssablar düşünürlər ki, ət qıtlığı ətin bahalaşması ilə bağlıdır. Əksinə, ətin bahalaşması ətin qıtlığı ilə bağlıdır. Ətin yüksək səviyyədə bahalaşacağını hesab etmirəm. Onsuz ki, quzu ətinin hazırkı qiyməti kifayət qədər bahadır. Hesab edirəm ki, qarşıdakı aylarda qoyunun ətinin kilosu 20 manatla sabitləşəcək, mal ətinin isə qiymətində artım olmayacaq".

Hiç yorum yok:

Yorum Gönder

Pages