Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə fəal olmalıdır.
Bunu Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu sentyabrın 30-da Bakıda "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mübarizə mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, vətəndaş cəmiyyəti üzvləri sosial şəbəkələrdə saxta ajiotaj yaratmaq, ictimai rəyi çaşdırmaq cəhdlərinin qarşısını almalıdır: "İdeoloji hücumlara qarşı mübarizədə məktəb və universitetlərin rolu xüsusi qeyd edilməlidir. Dərsliklərdə bu məsələyə xüsusi diqqət yetirilməlidir".
N.Cəfəroğlu partiya sədrləri ilə vətəndaş cəmiyyəti üzvlərinin mümkün görüşünün də bu məsələdə mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb.
Hiç yorum yok:
Yorum Gönder