Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
"Bu saata kimi seçicilərin 29,43 faizi səsvermə hüququndan istifadə edib".
Bakmiltv.info xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 1 893 555 nəfərdir.
Qeyd edək ki, bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə parlament seçkisi keçirilir.
Seçki saat 19:00-da yekunlaşacaq.
Əzizə İsmayılova
Hiç yorum yok:
Yorum Gönder