Naxçıvan polisinə yeni avtomobillər verilib.
Bakmiltv.info xəbər verir ki, bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə “Kia Sportage” markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.
Həmin avtomobillər artıq müvafiq qurumların istifadəsindədir.
Hiç yorum yok:
Yorum Gönder